Tramp və Putin ölkələrinin nüvə potensialını artıracaq

23.12.2016 - 15:45

ABŞ-ın yeni prezidenti Donald Tramp Amerika ordusunun nüvə potensialını artırmaq gərəkdiyini bildirib.

Tramp tez-tez paylaşımlar etdiyi tvitter hesabında yazıb: “Dünya ağıllı davranana qədər ABŞ öz nüvə potensialını artırmalıdır.”

“Reuters” agentliyinin məlumatına görə, yeni nəsil qitələrarası raketlərin yaradılmasında “Locheed Martin”, “Boeing” və “Northrop Grumman” kompaniyaları maraqlıdır. Proyektin dəyəri 85 milyard dollar qiymətləndirilir.

Tramp nüvə silahları ilə bağlı açıqlamasını Putinin çağırışından sonra edib.

Putin də ölkəsinin nüvə potensialının artırılması yönündə çağırış edib:

“İndiki anda biz istənilən potensial təcavüzkardan daha güclü vəziyyətdəyik. Ancaq əgər biz bir an belə yumşaqlıq göstərsək, vəziyyət tez bir şəkildə əks hal ala bilər.”

Putin həmçinin nüvə hücumlarından müdafiə sistemlərinə qarşı daha effektiv nüvə silahlarının hazırlanması gərəkdiyini bildirib.

azadliq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85141

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930