Tramp Suriyada təhlükəsizlik zonaları yaradacaq

19.02.2017 - 11:56

ABŞ qaçqınların Qərbə doğru irimiqyaslı axınına son qoymaq məqsədi ilə Suriyada təhlükəsizlik zonaları yaratmaq niyyətindədir

TASS-ın verdiyi xəbərə görə, bunu Florida ştatının Melborn şəhərində tərəfdarları ilə görüşdə ABŞ prezidenti Donald Tramp deyib.

“Mən Suriyada və başqa yerlərdə təhlükəsiz zonalar yaratmaq istəyirəm ki, yerli əhali oranı tərk etmədən təhlükəsiz şəraitdə yaşasın. Biz təhlükəsiz zonalar yaradacağıq. Biz elə edəcəyik ki, Fars körfəzi ölkələri bunun üçün lazım olan vəsaitləri ayıracaq”, – deyə Tramp qeyd edib.

Prezidentin sözlərinə görə, o bu addımları “on minlərlə” qaçqını qəbul etməmək məqsədi ilə atmaq niyyətindədir: “Biz o adamlar barədə heç nə bilmirik”.

Bununla belə, Tramp qeyd edib ki, yeni hökumət əslində miqrantların ABŞ-a gəlməsinin əleyhinə deyil: “Biz insanların ABŞ-a gəlməsini istəyirik. Lakin biz onların sırasında bizi sevənləri, ölkəmizin adətlərinə hörmətlə yanaşanları görmək istəyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88643

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930