“Rusiya Qarabağda münaqişəni qızışdırır…”

23.02.2017 - 10:13

Rusiyanın yürütdüyü xarici siyasət bütün dünya üçün təhdiddir.

Cumhuriyyet.az xəbər verir ki, belə bəyanatla BMT Təhlükəsizlik Şurasında Litvanın xarici işlər naziri Linas Linkyaviçyus çıxış edib. Nazirin çıxışının mətnini Litva XİN-in mətbuat xidməti yayıb. (TASS)

“Rusiyanın məqsədyönümlü xarici siyasət strategiyası nəinki Avropa, eləcə də qlobal təhlükəsizlik üçün təhdiddir. Soyuq müharibənin başa çatmasından sonra Avropada ideoloji qarşıdurma aradan qalxmayıb. Rusiya Dnestryanı bölgədə, Dağlıq Qarabağda, Gürcüstanda köhnəlmiş münaqişələri qızışdırır, Ukraynaya qarşı hərbi təcavüzü davam etdirir”-Litva xarici işlər naziri deyib.

Nazir bildirib ki, bu münaqişələri nizamlamaq üçün beynəlxalq və regional təşkilatların bütün imkanlarından istifadə edilməlidir, diplomatik təsir rıçaqları və sanksiyalar işə salınmalıdır.

(Vertualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88932

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930