Paytaxtda yol polisindən sürücüyə qarşı ağlasığmaz davranış
oxuyanları da dəhşətə gətirəcək. 2014-cü ildə Azərbaycanda yol polisi
sürücünün əmlakını “uff” demədən para-para edir. Buna görə də heç bir
etirazla qarşılaşmır. Görüntülər milli.Az-ın əməkdaşının avtomobilindəki
video-registratora düşüb.
Hadisə ötən gün axşam saat 18:30
radələrində metronun “20 yanvar” stansiyası yaxınlığında baş verib.
Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə
verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət
aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb
edirlər. Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki,
inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında
saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq
ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir.
İnspektorlardan biri avtomobilin üzərindəki “taksi” nişanını götürərək
yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək
gedir.
yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar
edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı?
Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=10000