"Obama ilə münasibətlərimiz pisdir"

23.07.2014 - 04:40

Türkiyə prezidentliyinə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğan
dünən axşam iştirak etdiyi televiziya proqramında ABŞ Prezidenti Barak
Obama ilə danışmadıqlarını bildirib.
 
Ərdoğan
əvvəllər Obamaya birbaşa telefon zəngi etdiyini, ancaq sonradan bu
münasibətlərdə soyuqluq yarandığını qeyd edib. Ərdoğan İraq, Suriya,
Misir məsələsində Obama ilə ortaq fikirdə olmadıqlarını və bunun da
getdikcə iki lider arasında soyuq münasibətlərin yaranmasına gətirib
çıxardığını deyib.
 
Ərdoğan ABŞ-ın vitse-prezidenti
Co Bayden ilə danışıq apardıqlarını vurğulayıb. Baş nazir bildirib ki,
Obama ilə telefon danışığı aparmaq lazım olduqda, Bayden Abdullah Gülün
Obama ilə telefon əlaqəsinin yaratmasını istədiyini qeyd edirdi. Ərdoğan
Obama ilə münasibətlərinin Fələstin məsələsində daha da korlandığını
söyləyib./Axar.az/

Short URL: http://www.cumhuriyyet.net/?p=10006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31