Ermənilər qorxuya düşüb
“Ermənistan üçün Rusiya silahının Bakıya satışı qəbuledilməzdir”.
Bu haqda jurnalistlərlə söhbətdə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
Hökumət başçısı qeyd edib ki, buna baxmayaraq İrəvan anlayır ki, Moskvanın öz ticarət maraqları var.
Latın
Amerikasına rəsmi səfərin gedişatında Ermənistan prezidenti Serj
Sarkisyanın Rusiya silahının satışı faktı ilə əlaqədar Azərbaycanı
tənqid etməsi barədə suala Abramyan cavab verib ki, belə qısa fikirlə
razı deyil və tənqid nisbi anlayışdır.
Baş nazir “Avrasiya
İqtisadi İttifaqına Azərbaycanın daxil olmasını mümkün hesab edirmi?”
sualını Abramyan belə cavablandırıb: “Bu məsələ müzakirə edilmir”.
Xatırladaq
ki, Ermənistan prezidenti Serj Sarkisyan Argentinanın “La Nacion”
nəşrinə müsahibəsi zamanı Rusiya silahının Bakıya satışını şərh edərkən
bunları bildirib: “Bizim üçün bu, çox ağrılı mövzudur və bizim xalqımızı
bu fakt çox narahat edir ki, bizim strateji müttəfiqimiz silahı
Azərbaycana satır. Amma mən əminəm ki, Ermənistanın gücü və bacarığı öz
sərhədlərini qorumaq üçün çatacaq. Baxmayaraq ki, Rusiya Bakıya silahını
satır, mən şübhə etmirəm ki, bizim üçün çətin dəqiqədə Rusiya öz
üzərinə götürmüş öhdəlikləri yerinə yetirəcək”. (anspres.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=10008