"Bakcell" dələduzluqda ittiham olurur
Sumqayıt
şəhər sakini Elçin Həsənov Axar.az-a açıqlamasında “Bakcell” şirkətinin
internet xidmətindən istifadə etmək arzusunun gözündə qaldığını
bildirib. Onun sözlərinə görə, şirkət “Sür@” (Sürət) adlı data kartı bir
ay limitsiz olaraq işlətməyi vəd etsə də, cəmi bir neçə gündən sonra
vətəndaşı internetsiz qoyur.
“Təxminən iyunun 27-də 25 manat
ödəyərək “Sür@” data kartı aldım. Sonra şirkətin internet portalına
baxanda “15 manat pul verib 1 aylıq limitsiz “Sür@” İnternetinə
qoşulmaqla “Siz Sür@ Data Kartını PULSUZ əldə edəcəksiniz!” yazısını
gördüm. Burda məni aldatmaqları bəs deyilmiş kimi, üstəlik ötən müddətdə
data kart normal surətlə işləməyib”.
E.Həsənov xidmətin nasazlığını araşdırmaq məqsədilə 555 məlumat bürosuna zəng edib. Bu dəfə də laqeydliklə rastlaşıb:
“Data
kartın zəifliyindən şikayət edəndə mənə operator nəzakətsiz tərzdə
bildirdi ki, bu 8 gündə data karta yüklənən 15 manatlıq meqabayt artıq
işlənib bitib. Siz tərəfdən yenidən 15 manatlıq paket – meqabayt
yüklənməlidir ki, normal surətli internet alasınız. Qısası, öyrəndim ki,
“Baksell” şirkəti tək məni yox, yüzlərlə belə müştərisini aldadib”.
Qeyd
edək ki, son aylarda “Sür@”-in sürəti xeyli azalıb. Bunu istər
paytaxtda, istərsə də rayonlarda yaşayan istifadəçilər dəfələrlə
səsləndiriblər. Zəif sürətlə işləyən xidmətin üstəlik baha və qısa
limitli olması isə istifadəçiləri narazı salıb. Sumqayıt sakini
E.Həsənov isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini
bildirib:
“Bir aylıq limitsiz kart desələr də, “Bakcell” bir necə
gündən sonra ödədiyimiz məbləğin işlənib bitdiyini deyərək bizi
internetsiz qoyur. Mən bu məsələni belə qoymayacam və onlara qarsı
məhkəmə davası açmağı düşünürəm”.
Məsələyə “Baksell” şirkətinin
mövqeyini öyrənməyə çalışdıq. Şirkətin mətbuat xidmətindən bildirdilər
ki, abunəçini satıcılar aldadıb:
“Bizim bütün dilerlərdə data
kartın rəsmi qiyməti 15 manatdır. Abunəçi yəqin ki, data kartı başqa
yerdən – 3-cü əldən alıb. Ona görə də məhsulu ona baha satıblar”.
Balansın
tez bitməsinə gəlincə, bununla bağlı “call center”də yoxlama
aparıldığını və abunəçi ilə birbaşa əlaqə saxlayaraq problemin aradan
qaldırılacağını bildiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10009