İsrailə uçuşlar dayandırıldı

23.07.2014 - 04:49

ABŞ və Avropanın bir sıra hava yolları şirkətləri İsrail-Fələstin
qarşıdurması ilə əlaqədar olaraq uçuşlarını təxirə salmalı olub.

ANS PRESS-in məlumatına görə, Yaxın Şərqdə gedən qarşıdurmalara görə
bəzi ölkələr Təl-Əviv istiqamətində olan resylərini dayandırıb.

ABŞ-ın “Delta Air Lines”, “United Airlines” və “US Airways” adlı hava
yolları şirkətləri Qəzzada davam edən hücumlara görə müştərilərinin
təhlükəsizliyini nəzərə alaraq belə bir qərar verib.

Təl-Əvivdəki “Ben Gurion” beynəlxaq hava limanı yaxınlığında raket
hücumlarının təşkil edildiyi ilə bağlı yayılan xəbərlər bir çox ölkələri
bu addımı atmağa sövq edib.

Fransanın “Air France”, Hollandiyanın “KLM”, Türkiyənin “THY” və
Almaniyanın “Lufthansa” hava yolu şirkətləri də Təl-Əvivə gedən
uçuşlarını dayandırdığını açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10010

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31