Bu şəhər 1.5 milyon dollara satılır

23.07.2014 - 04:56

Vayominqdə yerləşən, 15 nəfər sakini olan Aladdin şəhəri 1.5 milyon
dollara satışa çıxarılıb. Bu barədə lenta.ru “Gillette News Record”a
istinadən xəbər verib. Potensial alıcıya şəhərdəki 15 bina, poçt
idarəsi, içində hər cür malların satışı olan 118 yaşlı universial mağaza
təklif edilib. Şəhəri satışa çıxaranlar isə 1986-cı ildən onun sahibi
olan Cudi və Rik Brenql adlı ər-arvad olub. Bu illər ərzində Cudi şəhərn
meri, poçt və polis idarələrininn rəhbəri olub. Xəbərdə bildirilir ki,
şəhərin yox olmasının qarşısını alan obyekt məhz 118 yaşlı mağazadır ki,
turistlər daha çox onun damında içki içib, istirahət etməyə üstünlük
verirlər. Şəhər Aladdin adını 1894-cü ildə qazanıb. Onun ilk sahibləri
şəhəri Alaadin adını qoymaqla eyniadlı nağılın qəhrəmanı kimi
birdən-birə varlanmaq istəyiblərmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=10014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31