3 ton heroin əməliyyatında şok yenilik
Gürcüstanda tutulan yükün Azərbaycanda hansısa emal prosesindən keçdiyi ehtimal edilir
Azərbaycandan Gürcüstana keçərkən saxlanılan 3 ton narkotikdən şok
xəbərlər var. Gürcüstandaki mənbədən “Azadlıq”a bəlli olub ki, bu
narkotik yükün saxlanılması transmilli cinayətkarlıqla mübarizə
çərçivəsində baş tutan bir əməliyyatdır. Həmin narkotik yükün
Əfqanıstandan gətirildiyi bildirilir və qeyd edilir ki, onun
Azərbaycanda da hansısa ikinci emal prosesi keçdiyi ehtimalı
araşdırılır. Mənbə qeyd edir ki, bu işin araşdırılmasında regionda
təhlükəsizliyə maraqlı olan bir çox dövlətlərin birgə
əməliyyat-araşdırma qrupu iştirak edir.
Xatırladaq ki, iyulun 11-də Gürcüstanın Daxili İşlər Nazirliyi
Azərbaycandan keçərək Türkiyəyə gedən yük maşınında 2 ton 790 kiloqram
maye heroin aşkarlayıb. Hadisə dərhal ictimailəşdirilib. Məsələyə
beynəlxalq media da ciddi diqqət ayırıb. Dünyanın ən nüfuzlu KİV-ləri
hadisə barədə məlumat yayıblar. Azərbaycan tərəfi isə 3 tona yaxın
heroinin Azərbaycandan necə keçdiyinə hələ ki, heç bir ciddi izahat verə
bilməyib. Hakimiyyətin vəziyyətdən çıxmaq üçün atdığı bütün addımlar
uğursuzluqla nəticələnib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10019