Sumqayıtda qəza: sərnişin öldü, sürücü qaçdı
Qəzanı törədən sürücü avtomobili ərazidə ataraq qaçıb

Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş
verib. Yüksək sürətin səbəb olduğu qəza şəhərin girişində qeydə alınıb.
Sülh küçəsi ilə Sumqayıt şəhərinə gedən “Opel” maraklı minik
maşınının sürücüsü avtomobilə nəzarəti itirərək onu yol kənarındakı
ağaca çırpıb. Zərbənin təsirindən ağac kökündən çıxaraq aşıb. Avtomobil
isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşında sərnişin qismində
əyləşən 40-45 yaşlarında kişi dünyasını dəyişib. Qəzanı törədən sürücü
isə avtomobili ərazidə ataraq qaçıb.
Hadisə yerinə gələn şəhər polis idarəsinin əməkdaşları hadisə yerini
müayinə ediblər. İlkin müayinələr nəticəsində qəzaya səbəb kimi
avtomobilin yüksək sürətlə idarə olunması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Qəzada sünyasını dəyişən şəxsin
eləcə avtomobil sahimibin kimiliyini müəyyən etmək istimətində iş
aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10026