Mətbuat Şurası "Şimali Koreya"nın qəzetinə mükafat verdi
Ali Media Mükafatı hakimiyyət mediasında narazılıq yaratdı

Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının 2014-cü il
laureatlarının bəzilərini adı bəlli olub. “Media Forum” saytının
məlumatına görə, bu il 1-ci dərəcəli Ali Media Mükafatı heç kimə
verilməyib.
Digər dərəcəli mükafatçılar arasında “Haqqin.az” və “Virtualaz.org”
saytlarının qurucusu Eynulla Fətullayevin, “Teleqraf Holdinq”in rəhbəri
Aynur Camalqızının, “Şərq qapısı” qəzetinin adları yer alır.
Eynulla Fətullayev və Aynur Camalqızı vaxtilə hakimiyyətə qarşı
barışmaz mövqelərilə seçilib və şəxsən ölkə başçısı Ilham Əliyev
haqqında ən sərt yazılarla çıxış ediblər. Lakin indi tamamilə bunun əksi
olan mövqedədirlər. Görünür, Mətbuat Şurası da onların “islah
olunmasını” diqqətdən kənarda qoymaq istəməyib.
“Şərq qapısı” qəzetinə gəlincə, bu nəşr “kiçik Şimali Koreya” adını
alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanıdır. Qəzet
Vasif Talıbovun və yeritdiyi avtoritar siyasətin təbliği ilə məşğul
olur.
Mətbuat Şurasının bu ilki seçimi hakimiyyət düşərgəsində birmənalı
qarşılanmayıb. Əksər hökumətyönlü media qurumlarının rəhbərləri seçimi
narazılıqla qarşılayıb. Hakimiyyətə yaxınlığı ilə seçilən “APA
Holding”in rəhbəri Vüsalə Mahirqızı da facebook səhifəsində maraqlı
status paylaşıb. Lakin o, konkret olaraq Mətbuat Şurasını ittiham
etməyib: “Azərbaycan mediasını ötən il qaynar nöqtələrdə təmsil edən
jurnalistlər Səbuhi Məmmədli, Qənirə Ataşova və Xoşqədəm Hidayətqızı
olub. Kim nə yazıb, nə gətirib onu müzakirə eləmirəm. Fakt bu adamlar
həyatları üçün hər an risk ola biləcək ölkələrə gedib reportajlar
hazırlayıblar. Bir jurnalist təşkilatının da diqqətini çəkmədi. Çox
təəssüf!
Akif
P.S.Mümkündü ki, başqaları da var. Mənim yadımda bunlar
qalıb. Faktiki olaraq “qaynar nöqtələrdəki fəaliyyətinə görə” mükafat
verildiyini oxuya bilmədim”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10027