Klanlar, krallar, xüsusi xidmətlər və pullar

23.07.2014 - 09:45

Budur, artıq 40 ildir ki, Fars körfəzində əslən Livandan olan sünnü qardaşlar Mansur və Salah Fustoklar yaşayıb işləyir.

Üçüncü qardaş Mahmud 2006-cı ildə avtomobil qəzasında həlak
olub, lakin qalan iki qardaş Səudiyyə Ərəbistanı krralı Abdalla ibn
Abdel Əziz əl-Saudun biznesini fırladan adamlardır. Xarici şirkətlər
ancaq onların vasitəsilə Səudiyyə kralının yaxın ətrafına çıxış əldə edə
bilərlər. Onların hökmdar ailəsinə yaxınlığında kralın Fustok
qardaşlarının bacısı Aidə ilə evil olması faktı heç də sonuncu rol
oynamır.

Bu qohumluğun sayəsində Fustok qardaşları “Arab Builders for Trading”
və “Saudi Establishment for Safety Equipment (SASE) adlı şirkətlərindən
Səudiyyə Ərəbistanı Milli Qvardiyasının təchizatı ilə məşğul olan
genişmiqyaslı ticarət agentlərinin yaradılması üçün istifadə edirlər.

Səudiyyə Ərəbistanın Milli Qvardiyası bilavasitə monarxın əmrinə tabe
olan silahlı birləşmədir və vəzifəsi kral saraylarının, müqəddəs
yerlərin və milli sərhədlərin mühafizəsini təmin etməkdir. 2010-cu ildən
qvardiyaya Muteba ibn Abdalla, kralın sevimli oğlu komandanlıq edir.
Kral istənilən yolla özündən sonra taxt-tacın ona qismət olmasına
çalışır, təbii ki, bu da mövcud varislik ənənələrinin pozulması baş
vermədən mümkün olmayacaq.

Mahmud Fustok 2006-cı ildə avtomobil qəzasında həlak olana qədər kral
ailəsi ilə onun Şimali Amerikadan olan tərəfdaşları arasında əlaqələrə
cavabdeh idi. Onun əsas partnyoru 1975-ci ildən “AVT” şirkətinin
tərəfdaşı olan Alan Vinnel hesab olunurdu. Vinnelin şirkəti onun adına
qeydiyyatdan keçib və hərbi hazırlıq, hərbi avadanlıq təchizatı ilə
ixtisaslaşıb. Elə həmin 1975-ci ildən Səudiyyə kral qvardiyasının əsas
təchizatçısına çevrilib. Ancaq 2002-ci ildə bu şirkət “Northrop Grumman”
şirkəti tərəfindən “uduldu”.

1939-cu il avustun 7-də Beyrutda anadan olan Salah Fustok Floridada
arxa cəbhə təchizatı ilə məşğul olan “Pompano Beach” şirkətini yaradıb. O
və qardaşı Mahmud cins atların böyük həvəskarları kimi tanınır.
Fustoklar ailəsi İngiltərənin Kembricşir qraflığında Dirfild atçılıq
zavodunun sahibidir. Qeyd etmək lazımdır ki, qardaşların işini onların
oğulları davam etdirir. Salahın oğlu Məcid Fustok klanın işlərində fəal
iştirak edir və hazırda “SESE” şirkətinin maliyyə direktorudur.

Fustok qardaşlarının bütün agentləri onların mənsub olduqları
ölkələrin xüsusi xidmət orqanlarına, hər şeydən əvvəl Fransanın xarici
təhlükəsizlik üzrə Baş direktorluğuna və Britaniyanın Mİ-6 xidmətinə
yaxınlığı ilə tanınır. Onlardan biri, Bəhreyndə qeydiyyatdan keçmiş
“Eurocorp Consultants” şirkətinin rəhbəri olan Frasioli elektronika
məhsulları istehsal edən “Thales” və “ARİNC”  şirkətlərinin, silah
təchizatçısı “FN Herstl” və “Mecar” şirkətlərinin və Fransanın hərbi
hazırlıq keçən “Defense Conseil İnternational” (DCİ) şirkətinin
müşavirləri qismində çıxış edir. Bu ilin may ayında o, Fransanın
Ər-Riyaddakı səfirliyində “ikinci adam” olan Emmanuel Beli öz şirkətində
işə götürüb.

Fustok qardaşlarının Britaniya firmaları ilə təmaslarını təmin edən
britaniyalı Piter Ostindir. Ona bu işdə uzun müddət Mİ-6 xidmətinin
Səudiyyə Ərəbistanındakı rezidenti Brayan Somerfild kömək edib. Onlar
birlikdə Səudiyyə Milli Qvardiyası ilə “İnternational Hospitals Group”
(İHG), “BAE Systems” və “GPT Special Projekt Management” (Hazırda
“Airbus Group” adlanan EADS şirkətinin törəmə şirkəti) şirkətləri
arasında müqavilələrin imzalanmasına nail olublar.

Lakin 2011-ci ildən etibarən Ostinin fəaliyyəti Britaniya hökuməti
nəzdində irimiqyaslı korrupsiya və fırıldaq hallarını araşdıran xüsusi
ofisin (Serious Fraud Ofise-SFO) diqqətini cəlb edib. Nəticədə Ostinin
fəaliyyəti zəifləyib. SFO tərəfindən aparılan bu araşdırma Fustok
qardaşlarının imicinə də ciddi zərbə olub və dolayısı ilə Səudiyyə kralı
ailəsinin özünə də təsir edib. Bu günlərdə SFO həmin araşdırma ilə
bağlı 6 nəfəri saxlayıb və dindirib. Araşdırmanın əsas fiqurantı Avropa
aerokosmik nəhəngi “Airbus”un törəmə şirkəti olan “GPT Special Project
Management” iştirak edir. Şirkətin rəhbərləri Səudiyyə Milli Qvardiyası
ilə müqavilələrin əvəzində iri məbləğlərdə rüşvət verməkdə ittiham
olunurlar.

Bu araşdırmanın nə dərəcədə uzağa gedəcəyini təxmin etmək çətindir.
Vaxtilə buna bənzər situasiya Britaniyanın “BAE Systems” hərbi sənaye
şirkəti ətrafında yaranmışdı. Şirkət Səudiyyə Ərəbistanı və digər ərəb
ölkələrinin rəsmilərinə rüşvət verməkdə ittiham olunurdu.

Lakin 2006-cı ildə Britaniya hökuməti araşdırmanı əhəmiyyətli
dərəcədə yavaşıtdı və belə görüntü yaratdı ki, bu araşdırma milli
təhlükəsizlik maraqlarına zərbə vura bilər. Hərçənd ki, hökumətin bu
davranışı Böyük Britaniyada antikorrupsiya mübarizəsinin effektivliyini
şübhə altına aldı.

Sonda “BAE Systems” yaxasını yüngül cəza ilə qurtara bildi. Şirkət
ona qarşı irəli sürülmüş ittihamların birini qəbul etdi. Söhbət
Tanzaniyaya radar sistemlərinin satışı zamanı “qara mühasibatlıq”dan
istifadəyə dair ittihamdan gedir. Şirkət həmçinin Səudiyyə Ərəbistanına
silah satışı müqaviləsinin bağlanmasında korrupsiya ittihamına görə ABŞ
hakimiyyətinə 400 milyon dollar ödəməyə razı oldu.

Qeyd etmək lazımdır ki, “BAE Systems” şirkətinin Səudiyyə krallığı
ilə bütün müqavilələrində vasitəçi kimi Fustok qardaşları çıxış edib.
İndi Fustok qardaşlarının adının növbəti dəfə korrupsiya
araşdırmalarında həm onlara, həm kral ailəsinə zərbə vura bilər. Digər
tərəfdən mümkündür ki, Birləşmiş Krallığın xarici siyasət maraqları bu
dəfə də üstün gələcək və SFO tərəfindən aparılan araşdırma “qarşılıqlı
razılaşma” əsasında “sülh yolu ilə” həll olunacaq. Eyni zamanda bu
araşdırma Qərbin əlində Səudiyyə Ərəbistanına təzyiq alətinə də çevrilə
bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=10029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31