BMT İsraili yox, "Həmas"ı qınadı

23.07.2014 - 09:51

BMT baş katibi Pan Gi Mun İsrailin Qəzzaya təşkil etdiyi
hücumla bağlı açıqlama verib. Onun bu açıqlaması hər kəsi
təəccübləndirib.

BMT baş katibi Pan Gi Mun İsrailin Qəzzaya təşkil etdiyi
hücumla bağlı açıqlama verib. Onun bu açıqlaması hər kəsi
təəccübləndirib. 

Cumhuriyyet.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Pan Gi Mun İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edərkən “Həmas” təşkilatını qınayaraq başqa bir ölkənin ərzisinə roket atılmasını heç cür qəbul etməyəcəyini söyləyib.

İsrailin Fələstinə atdığı roketləri unudan BMT baş katibi “Həması”
günahlandırıb və hər iki tərəfi qarşılıqlı danışıqlara çağırıb.

Netanyahu da açıqlamasında bütün baş verənlərdə “Həmas” təşkilatını
günahlandırıb. O bildirib ki, “Həmas” “Əl-Qaidə” kimi teror təşkilatıdır
və onların hər ikisini eyni aqibət gözləyir.

Bir çox ölkə İsrailə uçuşu dayandırdı

Britaniya aviaşirkəti də İsrailə uçuşları dayandırıb.  

Cumhuriyyet.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Britaniyanın
“EasyJet” aviaşirkəti Təl-Əvivə uçuşu bir sutqalıq dayandırıb. Səbəb isə
Fələstindən “Həmas” təşkilatının atdığı roketlərdən birinin Təl-Əviv
şəhərindəki aeroportun yaxınlığına düşməsidir. 

Bundan əvvəl də Almaniya, Fransa, Avstriya, ABŞ və Rusiyanın
bir çox aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə təxirə
salmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=10030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31