Azərbaycanda dövlət qeydiyyatından keçmiş KİV-in sayı açıqlanıb
“Ötən illər ərzində həyata keçirilmiş çoxsaylı tədbirlər
Azərbaycanda KİV-in kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına
mühüm təsir göstərib”.
Bunu Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov milli mətbuatın 139-cu ildönümü ilə
əlaqədar keçirilmiş tədbirdə çıxışında deyib.
Ə. Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.
artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya
agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq
televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət
göstərir
“Azərbaycan yeganə ölkədir ki, jurnalistlərə ev verilir”
“İlham Əliyev 2003-cü ildə Azərbaycan prezidenti seçildikdən
sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya
vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik
inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə,
müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilib”.
Bunu Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar
keçirilmiş tədbirdəki çıxışında Azərbaycan Prezidenti Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri müstəqil medianın inkişafına xidmət edən yeni qanunların
qəbul edilməsi, mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına
borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və
radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV
əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi,
redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və sairin 2003-cü
ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam
siyahısı olduğunu bildirib: “Prezident İlham Əliyev Azərbaycanda
mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib və
şəffaflaşdırıb”.
İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin
başlıca məqsədinin güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı
olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən,
milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı
olduğunu qeyd edən Ə. Həsənov Azərbaycan prezidentinin imzaladığı
çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi Konsepsiyası”nın məhz bu məqsədlərin həyata
keçirilməsinə xidmət etdiyini diqqətə çatdırıb: “Azərbaycan
prezidentinin sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl
tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət
büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib”.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki,
jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar: “Məlum olduğu
kimi, Azərbaycan prezidentinin 22 iyul 2010-cu il tarixli “Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
haqqında” sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bina
inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin iştirakı
ilə binanın açılış mərasimi keçirilib və tam təmirli mənzillər
jurnalistlərə paylanıb. Elə həmin gün cənab prezident KİV əməkdaşları
üçün yeni – 250 mənzilli binanın təməlini qoyub”.
Şöbə müdiri qeyd edib ki, prezident İlham Əliyev daim medianın
problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-in hərtərəfli
inkişafı üçün zəruri addımlar atır: “Təsadüfi deyil ki, Azərbaycan
mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək
qiymətləndirərək, onu iki dəfə – 2010 və 2013-cü illərdə
“Jurnalistlərin dostu” seçiblər” (APA).
Short URL: http://www.cumhuriyyet.net/?p=10031