Gənclər rüşvətxor və avtoritar müəllim-rektorların adlarını açıqladılar
D-18 Gənclər hərəkatı sorğu nəticəsində təhsil sahəsindəki nominasiyaları müəyyən edib.
“Turan”ın məlumatına görə, avtoritar, rüşvətxor müəllimlər
nominasiyası üzrə qaliblər müəyyən edilib. “Dövlət Iqtisad
Universitetində Tapdıq adında müəllim var, rüşvətxorluqda ad çıxarıb,
ona görə də bütün universitet ona “dollar Tapdıq” deyir”, deyə D-18-in
rəhbəri Ruslan İzzətli bildirib.
Ən avtoritar rektor sırasında BDU rektoru Abel Məhərrəmov yer alıb.
Daha bir rüşvətxor müəllim sırasında “Cavanşir Beydulla”nın adı çəkilir.
C.Beydulla Dillər Universitetinin müəllimidir.
Bununla yanaşı, rüşvət almayan müəllimlər üzrə də nominasiya var.
BDU-nun müəlliməsi Nüşabə Sadıxlı belə müəllimlərdən biridir. Tədbirə
qatılan N.Sadıxlı “rüşvət almayan müəllimə” nominasiyasında qalib olub.
Bir sıra müəllimlər “rüşvət almayan müəllimlər” nominasiyasında qalib
olsalar da, universitetlərin rəhbərliyinin qorxusundan mükafatlarını
almağa gəlməyiblər.
Qeyd edək ki, D-18 Gənclər hərəkatı bir neçə il əvvəl yaradılıb və
onun üzvləri gəncləri maraqlandıran aktual məsələlərin araşdırılması və
həlli ilə məşğul olurlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=10032