"Ermənilər 10 günə geri çəkilərlər"

23.07.2014 - 11:51

Bu gün Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 21 il ötür.
Rayon Bakıda Şəhidlər Xiyabanında anılıb. “Dağlıq Qarabağın azərbaycanlı
icması” İctimai Birliyi, Ağdam rayon İcra Hakimiyyəti, keçmiş
döyüşçülər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət
ediblər. Onlarla insan şəhidlərin xatirəsi yad edilib, “Əbədi məşəl”
kompleksi önünə əklil qoyub.

Xanəndə Arif Babayev ANS PRESS-ə açıqlamasında Ağdamın işğalından
danışıb: “Bu gün biz bura gəlib dərdimizi bölüşürük. Biz Qarabağa
gedəcəyik. Mən inanıram ki, bir gün biz torpaqlarımızı geri
qaytaracağıq. Bizim elə qəhrəmanlarımız var ki, onlar hər zaman vətən
yolunda canlarını verməyə hazırdılar. Mənim artıq 76 yaşım var. Bu dərdi
mən həmişə çəkirəm. Yuxularımda belə Ağdama getdiyimi görürəm. Bu mənim
üçün böyük bir misgildir. Sağ ikən o torpaqları görmək istəyirəm”.

Ağdamın işğalı zamanı Şıxobalı rotasında döyüşən komandir Quliyev Xəlil
Musa oğlu da torpaqlarımızın işğaldan xilas ediləcəyinə inandığını
deyib. O, ANS PRESS-ə açıqlamasında bunu deyib.

“20 ildir deyirik ki, münaqişə dinc yolla həll edilsin. Amma bunun da
sonu var. Ali baş komandanımız müharibə əmri verən biz könünllülər də
gedib torpaqlarımızı azad etməyə hazırıq. Bu bəlanı bu zülmü gələcək
nəsillərə ötürmək olmaz. Bu bizim nəslin taleyinə yazılıb. Bu yük
gələcək nəsillərə qalsa torpaq bizi qəbul etməz”.

Komandirin sözlərinə görə, düzgün təşkil edilən müharibə ilə ermənilər 10 gün belə orada qala bilməzlər və geri çəkiləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=10035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31