Prezidenti tıxaca salan palkovnikin sürücüsünə vəzifə verildi
İdarə
rəisi polis polkovniki Nuşirəvan Səfərov onu ikinci müavini təyin edib
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Bakı Şəhər Dövlət
Yol Polisi İdarəsində (BŞDYPİ) kadr dəyişikliyi olub.
Cumhuriyyet.az-ın aznews.az-a istinadən məlumatına görə, idarə
rəisi polis polkovniki Nuşirəvan Səfərov özünə ikinci müavin təyin edib. Belə
ki, idarənin şöbə rəisi vəzifəsində çalışan Eyvaz Şahverdiyev bundan sonra
müavin kimi çalışacaq. Qeyd edək ki, BŞDYP rəisinin ikinci müavini Rəşadət
Babayev yol-patrul xidməti alayının komandiri təyin olunandan sonra bu vəzifə
boş qalmışdı.
Nuşirəvan Səfərovun digər bir əmri ilə 3-cü tağımın
komandiri Mayıl Yusifov Eyvaz Şahverdiyevin yerinə təyinat alıb. 3-cü tağıma da
yeni rəhbər gətirilib. Bu vəzifəni bundan sonra 8-ci tağımın inspektoru Füzuli
Əsədov icra edəcək.
Qeyd edək ki, Eyvaz Şahverdiyevin müavin statuslu yerinə təyinat
alan Mayıl Yusifov Baş Yol Polis İdarəsinin müavini Həsən Şirinovun kadrı kimi
tanınır. H. Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun
sürücüsü olub.
verdiyi ciddi nöqsanlara görə, cəzalandırılması barədə xəbərlər yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10037