Bəzi rayonlarda axşamadək qaz olmayacaq
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən
“Qafqazinfo”ya daxil olan məlumata görə, qaz nəqli sistemində və qaz
şəbəkəsində təmir işlərinin aparılması və qaztənzimləyici qurğunun
quraşdırılması ilə əlaqədar bu gün saat 12:00-dək Zaqatala rayonunun bir
hissəsinə, saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat
15:00-dək Balakən rayonuna, saat 17:00-dək Binəqədi və Xətai
rayonlarının bir hissəsinə, saat 18:00-dək Quba rayonuna, Sabunçu,
Xəzər, Qazax, Şamaxı və Göyçay rayonlarının bir hissəsinə, işlər başa
çatanadək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində
fasilələr yaranacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10038