Azərbaycan müqaviləli ordu sisteminə keçir
göstərir ki, müqavilə əsasında formalaşan ordu çağırış sistemi ilə
yaradılan qoşundan döyüş qabiliyyətinə görə daha üstündür. Bu baxımdan
artıq dünya ölkələrinin bir çoxu məhz belə professional orduya üstünlük
verirlər. Ölkəmiz hələlik tam olaraq çağırış sistemini ləğv etməsə də,
hazırda müqavilə əsasında qulluq edən hərbi qulluqçuların sayının
artırılmasına xüsusi diqqət yetrilir. Müxtəlif məlumatlara görə, yaxın
tezlikdə belə hərbçilərin sayının ən azından 15-20 minə qədər
artırılması və daha sonra bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sonuncu dəfə belə təkliflə millət vəkili Zahid Oruc
çıxış etmişdi. O, orduda şəxsi heyətin sayı azaldılmasını təklif
etmişdi. Bəzən hələlik müqaviləli orduya keçidin zamanı olmadığını
deyənlər olsa da, ümumilikdə təşəbüss müsbət dəyərləndirilir.
məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanda
bəzi hərbi hissələrdə müqaviləli sistemə çoxdan keçid var: “Hətta artıq
Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrdə çağırış ilə
gələn şəxslər yoxdur. Hərbi hissənin komandanlığından tutmuş sonuncu
əsgərinə qədər müqaviləli şərtlər əsasında formalaşmış heyətdir. Proses
özünü doğrultduğuna görə, Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi bu
istiqamətdə addımlar atır. Normal addımdır və davamı gəlməlidir. Amma
bir qədər diqqətli olmaq lazımdır. Özünə mülkidə iş tapa bilməyən hər
kəs ordu sıralarına daxil olmamalıdır. Onların mənəvi, psxioloji, fiziki
durumları hərtərəfli yoxlanılmalıdır. Çünki, ehtiyatsızlıqdan bugünə
qədər çox itkilərimiz olub. Bu günə qədərki müddətdən artıq xidmət edən
(MAXE) hərbi qulluqçularımızın arasında uğursuzları da var. Lakin yaxşı
göstəricilər nümayiş etdirənlər daha çoxdur”.
əlavə etdi ki, Müdafiə Nazirliyi müqavilə əsasında xidmət edənlərin
sayını artırmaq istəyirsə, bu məsələlərə ciddi diqqət yetirilməlidir:
“MAXE faktiki olaraq, ən ağır yükü öz çiyinlərində daşıyan şəxsdir.
Yəni, günün böyük hissəsində şəxsi heyət, texnika ilə təmasda olan bir
şəxsdir. Təşəbbüs çox gözəldir. Ancaq bu təşəbbüsü elə həyata keçirmək
lazımdır ki, sonradan hansısa ciddi problemlər yaşanmasın. Bu yaxınlarda
millət vəkili Zahid Oruc şəxsi heyətin sayının azaldılması ilə bağlı
fikir səsləndirmişdi. Yəni, bu məsələ diqqətimizə çatdırır ki,
çağırışçıların sayı mütləq deyil. Çağırışçının yarısı qədər peşəkarlar
ordu sıralarına götürülsə, həm dövlət udar, həm də vətəndaşın aldığı
məvacibin həcmi artar. Ən əsası isə keyfiyyət yuxarı olar. Bunlarla
yanaşı, MAXE adi çağırışçılardan fərqli olaraq müəyyən bilik və
bacarıqların sahibidir”.
Cəfərov müqaviləli ordunun yığılmasının asan məsələ olmadığını da qeyd
etdi: “Dövlət bu işdə müəyyən təbliğat, maarifləndirmə aparmalıdır.
Dövlət MAXE-nin sosial təminatını yüksək səviyyədə təmin etməlidir ki,
ordu sıralarına gələn olsun. Yalnız xidmətə qəbul etməklə məşğul olmaq
sonradan müəyyən problemlər yaradacaq. Problemlərin yaşanmaması üçün
əvvəlcədən kompleks işlər həyata keçirilməlidir. Bu gün Müdafiə
Nazirliyinə MAXE xidməti üçün çoxlu müraciətlər var. Həmin müraciətlər
həm ərazi üzrə, həm də Bakı şəhərindədir. İstənilən halda müqaviləli
ordunun maddi, mənəvi və fiziki cəhətdən üstünlükləri həddindən artıq
çoxdur. Adi əsgərin məsələlərini həll etməkdənsə, azsaylı peşəkar
hazırlamaq dövlətə xeyirdir. Ən əsası peşəkarlıq tərəfdən ordunun döyüş
hazırlığının yüksəlməsidir”.
hesab edir ki, bu günə qədər müqaviləli orduya tam keçməməyimizin
yeganə səbəbi sadəcə, yeniliyə çətin getməyimizdir: “Amma getmək
lazımdır. Bu işdən qorxmaq lazım deyil. Yeniliyi tətbiq etmək üçün işlər
görməliyik. Müharibə şəraitində yaşamğımızdan, döyüş vaxtı şəxsi
heyətin çatmamasından qorxmaq lazım deyil. MAXE indiki məvaciblə
razılaşmağa məcburdur. Amma məvacibi qalxsa, sosial problemləri həll
olunsa, orduya gələnlər də çoxalar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10046