AKP Gülən mafiyası ilə son savaşa başlayıb
Hakim partiya polisdə keçirilən əməliyyatların digər orqanlara da sıçraya biləcəyinin anonsunu verdi
AKP
iqtidarının əsas rəqibi Fətullah Gülən hərəkatına qarşı genişmiqyaslı
əməliyyata başlaması, 100-dən çox polisi həbs etməsi prezident seçkiləri
ərəfəsində olan Türkiyənin gündəminə bomba kimi düşüb. İyulun
23-də bəlli olub ki, bir gün öncə sübh tezdən başlayan əməliyyat zamanı
həbs edilməsi planlaşdırılan 9 nəfər yüksək rütbəli zabit “yox olub”.
Polisin axtarışları hələlik nəticə verməyib. Axtarılan 9 yüksək rütbəli
polis səlahiyyətlərini aşaraq yüksək vəzifəli dövlət məmurlarını
dinləməkdə şübhəli bilinir. Türkiyə mediası yazır ki, həmin şəxslərin
bir zamanlar hakimiyyət dairələrində himayəsi olduğu üçün saxta
pasportları olması ehtimalı yüksəkdir. Bu səbəbdən onların əməliyyat
başlayandan saatlar sonra Türkiyədən çıxdığı versiyası da var. Əməliyyat
başlayan saatlardan Türkiyənin sərhəd məntəqələrinə nəzarət bir qədər
də gücləndirilib.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Müdürlüyünün keçirdiyi əməliyyatda
daha 32 nəfər saxlanıb. Saxlananların hamısı xüsusi xidmət orqanlarının
əməkdaşlarıdır.
əməliyyatla bağlı yaydığı açıqlamada bildirilir ki, saxlanan şəxslər son
3 ildə 250 nəfəri dinləyirmiş. Dinlənən şəxslər arasında dövlət,
hökumət rəsmilərindən başlayaraq sənətçilərə qədər bir çox tanınmış isim
var.
zəiflədib sıradan çıxarmaqda qərarlı olan AKP bir tərəfdən də seçki
hazırlıqlarını davam etdirir. Mübarizəsini siyasi səhnə ilə yanaşı
tərəfdaş qruplarda davam etdirən AKP rəqiblərinin vətəndaşlarla
görüşlərinə də ara-sıra “dad qatır”. Ötən gün müxalifətin vahid namizədi
Ekmeleddin İhsanoğlunun İstanbul gəzisi zamanı növbəti dəfə
gözlənilənlər yaşanıb. “Çatı adayı” İstanbulun ünlü Mısır çarşısında
vətəndaşlarla görüşəndə yaşlı, hicablı bir qadın İhsanoğluna
“cümhuriyyət vətəndaşı olaraq yaxamızdan düşün” deyə bağırıb. Professor
İhsanoğlu qadının bağırtılarına cavab olaraq “Demokratiya var” deyib.
Sakitləşməyən qadının “Demokratiya ona gör var ki, bunun üçün
çalışıblar. Alın təri axıdıblar. Zəmbillə enməyiblər” deməsi ortalığı
bir az da qarışdırıb. Söz davasının böyüməsinin qarşısını Milliyətçi
Hərəkat Partiyasından olan millət vəkilləri almağa çalışıb. Millət
vəkilləri qadını olay yerindən uzaqlaşdırmaq istəsələr də, Ekmeleddin
İhsanoğlu buna mane olub.
Səadət Partiyası prezident seçkisinin avqustun 10-da keçiriləcək ilk
turunda heç bir namizədi dəstəkləməyəcəyi haqqında qərarını açıqlayıb.
Səadət Partiyasının başqanı Mustafa Kamalak partiya üzvlərinin ilk turda
heç kimə səs verməyəcəklərini açıqlayıb. Əgər ilk turda namizədlərin
heç biri qələbə çala bilməsə və 24 avqusta təyin edilən ikinci tur
qaçılmaz olsa, partiya seçki ilə bağlı qərarına yenidən baxacaq.
Gülən camaatına qarşı əməliyyat keçirdiyi gün türkiyənin Habertürk
kanalında baş verən kuryoz olay da ölkə gündəminin ən çox danışılan
məsələlərindəndir. Ölənin ünlü televizyonçusu Fatih Altaylının “Teke
Tek” müəllif proqramının qonağı Türkiyədə Cübbəli Ahmet Hoca kimi
tanınan din xadimi Ahmet Mahmut Ünlü olub. Gülən hörgütünə qarşı
əməliyyatdan başlayaraq İŞID-a qədər bir sıra vacib mövzular haqqında
Fatih Altaylının suallarını cavablandıran Ahmet Mahmut Ünlü danışarkən
ekranda professor Ekmeleddin İhsanoğlunun İzmir səfəri ilə bağlı “qaçan
xəbər” keçirmiş. Maraqıdır ki, həmin xəbərdə iki dəfə “prezident
Ekmeleddin İhsanoğlu” ifadəsi yazılıb.
İhsanoğlunun xəbərdə prezident kimi təkzib etməsini bir çox dairələr
təsadüf hesab etmir. Ehtimal edilir ki, bu, konkret dairələrin topluma
ötürdüyü mesajdır. Yada salaq ki, alt yazı xəbərlərinə Türkiyədə çox
həssaslıqla yanaşılır. Bir neçə ay öncə baş nazir Rəcəb Tayyib Ərdoğan
Milliyətçi Hərəkat Partiyasını başqanı Devlet Bahşelinin partiyanın qrup
toplantısındakı çıxışı haqqında xəbəri efirdən çıxartdırmışdı. Sonradan
bu olay Türkiyədə media azadlığının olmaması ilə bağlı bir neçə
beynəlxalq qurumun hesabatında örnək olaraq yer aldı.
AKP-nin bu məsələyə rəsmi reaksiyası olmayıb. Ancaq ehtimal edilir ki,
Ekmeleddin İhsanoğlunun prezident seçilmədən prezident kimi təqdim
edilməsi ən azı AKP lideri Rəcəb Tayyib Ərdoğanın çıxışlarında tənqid
olunacaq.
təbliğatını Türkiyə baş nazirin müavini Bülənt Arınc aparıb. Elazığda
Kanal Fırat televiziyasının canlı efirində olan Bülənt Arınc deyib ki,
AKP-nin bir adamın partiyası kimi təqdim edilməsi doğru yanaşma deyil:
“Biz tək adamın partiyası deyilik. Tayyib bəy şübhəsiz xarizmatik,
başarılı bir liderdir. Ancaq yalnız ona indekslənmiş siyasət yürütsəydik
bu nöqtəyə gəlib çıxa bilməzdik”.
prezident seçilərsə AKP-nin hansı şərtlərlə fəaliyyət göstərəcəyi
haqqında sualı cavablandıran Bülənt Arınç bildirib ki, partiya işi
öncəki qaydada davam edəcək: “İnsan fanidir, xəstəlik ola bilər, ölüm
ola bilər, başqa səbəblər ola bilər. Tayyib bəy getdiyi zaman AKP-nin
qapısına qıfıl vurulacaqsa, o qapı bügündən açılmasa yaxşıdır.
Partiyamızda baş nazir kimi partiyanı iqtidara daşıyacaq xeyli uğurlu
siyasətçilər var”.
əməliyyatı haqqında sualı da cavablandırıb: “17 dekabrdan həm qabaq, həm
də sonra güc strukturlarında bir qrup insanların məhkəmə sistemindəki
tərəfdarları ilə əlbir olaraq qanunsuz işlərlə məşğul olduğu bəlli idi.
Bizi uzun müddət dinləyiblər. Burada hansı mənfəət güdüldüyünü deyə
bilmərəm. Hələlik istintaq qapalı gedir və bu haqda heç bir bilgi
verilmir. Bəlli olan odur ki, iş adamlarını, siyasətçiləri şantaj
ediblər. Onların özəl həyatları işin içərisinə qarışdırılıb. Xarici
İşlər Nazirliyindəki ən qorunan otağın belə dinləndiyindən çıxış edib
söyləmək olar ki, bu şəbəkənin imkanları çox genişdir. Bu şəbəkə Milli
İstihbarat Təşkilatına qarşı da əməliyyat keçirib. Bir çox yüksək
rütbəli şəxsin evinə, ofisinə dinləmə qurğuları yerləşdirilib. Biz bu
işlərin fərqinə sonradan vardıq. İnanıram ki, bu şəbəkəni tamamilə ləğv
edə biləcəyik”.
diqqət çəkən bir məqamı da vurğulayıb. Baş nazirin müavini deyib ki,
polisdə keçirilən genişmiqyaslı əməliyyatlar digər hüquq-mühafizə
orqanlarında da təkrarlana bilər. Bunun üçün AKP-nin bütün imkanları
var.
Short URL: http://www.cumhuriyyet.net/?p=10059