Putin Ukraynaya ordu yeridir
Qrafik
üzrə məzuniyyətdə olmalarına baxmayaraq, Rusiya Dövlət Dumasının üzvləri
Ukraynadakı vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili şəkildə Moskvaya
toplaşırlar. Rusiya mətbuatına istinadən axar.az—ın verdiyi xəbərinə
görə, bu barədə parlamentdəki mənbədən mediaya informasiya ötürülüb. Qeyd olunur ki, parlamentarilər dövlət başçısı
Vladimir Putinin göstərişi əsasında keçiriləcək növbədənkənar toplantıya
qatılmaq üçün qayıdırlar.
İclasın dərhal – günü sabah
keçirilməsi mümkündür. Sadəcə, bunun üçün yetərsay olmalıdır. Hansı məsələlərin
müzakirəyə çıxarılacağı ilə bağlı deputatlarda məlumat olmasa da, mənbə
Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sənədinin gündəliyə salınacağını
olduqca real hesab edib. Xatırladaq ki, rus sülhməramlı qüvvələrinin
Ukraynanın şərqinə yeridiləcəyi ilə bağlı mətbuatda dəfələrlə məlumat yayılıb. Putinin ötən gün keçirdiyi Təhlükəsizlik Şurasının
təcili toplantısında da bu barədə müzakirələr aparıldığı ehtimal edilir.
İclasdan sonra Putinin orduya çağırışı bu ehtimalları daha da artırıb. Qeyd
edək ki, Putin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşdığını bildirərək, bu
təhlükəyə qarşı hazır olması üçün orduya müraciət edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10060