ABŞ agenti İŞİD-in əsl sahiblərini ifşa etdi

24.07.2014 - 01:09
“İŞİD ABŞ, İngiltərə və İsrail
kəşfiyyat xdimətlərinin məhsuludur”

 
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard
Snouden “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşması ilə
bağlı ilginc məlumatlar açıqlayıb. Snouden bildirib ki, İraq və Suriyada
müxtəlif cinayətlər törədən “İŞİD” qruplaşması ABŞ, İngiltərə və İsrail
kəşfiyyat xdimətlərinin məhsuludur.
Amerikalı kəşfiyyatçı əlavə edib ki, “İŞİD”çilərin himayəsində
məqsəd İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir: “İsraili
qorumaq üçün yeganə üsul Orta Şərqdəki silahlı qruplaşmaları nəzarətdə
saxlamaqdır. Bundan əlavə İslama qarşı yeni düşmənlər yaratmaq da planın
tərkib hissəsinə daxildir. MOSSAD “İŞİD” lideri Əbu Bəkr Əl-Bağdadiyə
bir il ərzində hərbi, din və dil kursları keçib”.

Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi
proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. Bundan başqa o,
PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytların elektron
əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı
ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ dövlətinin
təqibinə məruz qalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10061

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31