Ramiz Həsənov Xaçmazda "bariqa"ya vəzifə verdi

Əkiş” kimi tanındığı iddia edilən şəxsin Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin Xaçmaz şöbəsində vəzifəyə gətirilməsi rayonda
birmənalı qarşılanmayıb
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz rayon şöbəsinə
Əkrəm Zülfüqarovun təyinat alması birmənalı qarşılanmayıb. Rayon
sakinləri qaranlıq işlərdə və kirli qaçaqmalçılıq biznesində adı
hallanan bir şəxsin rayonda vəzifə almasına etiraz edirlər. Hətta Xaçmaz
rayon sakinlərinin bu barədə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayeva müraciət etdiyi bildirilir.
barədə Xaçmazdan daxil olan məlumatda bildirilir ki, Xaçmazda “bariqa
Əkiş” kimi tanındığı iddia edilən şəxsin Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin Xaçmaz rayon şöbəsində vəzifəyə gətirilməsi rayonda
birmənalı qarşılanmayıb. Daha çox adı qaranlıq işlərdə hallanan birinin
rayonda vəzifə sahibi olması xaçmazlıların etirazı ilə qarşılanıb.
ehtiyat edirlər ki, Əkrəm Zülfüqarov bütün dükan və istehlak
obyektlərinə haqq qoyacaq və Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin Xaçmaz Raon şöbəsini mafiya qaydaları ilə idarə
edəcək. Şikayət
məktubunda bildirilir ki, rayonda qaranlıq biznes şəbəkəsinin başçısı
kimi tanınan Murad Həbibovun xeyir duası ilə işə düzələn Əkrəm
Zülfüqarovu bu vəzifəyə Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
sədri Ramz Həsənov təyin edib.
bundan ibarətdir ki, əgər həqiqətən də, Xaçmaz sakinləri Əkrəm
Zülfüqarovun Ramiz Həsənov tərəfindən vəzifəyə gətirilməsini biabırçılıq
kimi dəyərləndirirlər. Belə ki, məlumata əsasən Xaçmazda Əkrəm
Zülfüqarovun hansı işlərlə məşğul olduğunu hər kəs bilir. Eyni zamanda
iddiaya əsasən bu şəxsin qaranlıq fəaliyyəti ilə bağlı Xaçmaz rayon
hüquq-mühafizə orqanlarında da kifayət qədər məluimat var. Ona
görə də Xaçmaz sakinləri Ramiz Həsənovdan sual edirlər ki, Xaçmazda
əməllərindən hər kəsin məlumatlı olduğu bir şəxsi vəzifəyə təyin edərkən
Komitə sədri kiçik bir araşdırma apara bilməzdi?
Short URL: http://www.cumhuriyyet.net/?p=10068