Lerik şəhəri "yanır"
Şəhərin su təsərrüfatı dağıdılıb, əhali susuzluqdan əziyyət çəkir
saxlamaqla da yandırırlar. Bizi yayın bu istisində bir qurtum suya
möhtac qoyublar”. Bu barədə dünən Lerik şəhərinin bir qrup sakininin
“Bizim Yol”a göndərdiyi şikayətdə bildirilir.
sözlərinə görə, şəhəri su ilə təmin etmək üçün iki maşın ayırıblar:
“Onlar da suyu 30 manata satırlar. Biz nə edək, dərdimizi kimə deyək?”.
Sakinlərin sözlərinə görə, həmin su satan maşınlar son günlərdə Lerikdə
baş verən meşə yanğınlarının söndürülməsinə cəlb edildiyi üçün dözülməz
vəziyyət yaranıb.
məsələsini yadımızdan çıxarmışıq. Su yoxdur. Gedib butulka ilə Bakıdan
gələn sudan alıb çay qoyuruq, yemək bişiririk. Cənnət məkanda da insanı
suya həsəd qoyarlar?”, – deyə sakinlər düşdükləri vəziyyəti izah
edirlər.
nəhayət ki, dünən aviasiyanın köməkliyi ilə lokallaşdırılıb. Fövqəladə
Hallar Nazirliyi baş verən yanğınlarla bağlı yaydığı məlumatda bildirir
ki, Lerik rayonunun Piran kəndində dağlıq ərazidə, meşə zolağında 30 ha
sahədə yanğın olub. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsi,
Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb
edilib. Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli
əhali də iştirak edib. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi
üzrə işlər davam etdirilir.
şəhərinin su probleminin baiskarı meşə yanğını deyil. Problem məmur
özbaşınalığı və məsuliyyətsizliyindədir. Qəzetimizin ötən saylarında
Lerik şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin yarımçıq qalması barədə geniş reportaj dərc
etmişdik. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanmış kredit
sazişinə əsasən su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su
və çirkli su qurğularının təkmilləşdirilməsi məqsədilə “Meliorasiya və
Su Təsərrüfatı” ASC-nin elan etdiyi tenderdə qalib elan edilmiş
Türkiyənin “Gəlişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD”nin “Gelişim
Group” şirkəti işləri yarımçıq qoyaraq qaçıb. Şirkətin rayonda su
təchizatı və kanalizasiya şəbəkələrinin təkmilləşdirilməsini həyata
keçirən tikinti rəisi Mustafa Yalçınkaya isə yoxa çıxıb. Halbuki 2011-ci
ildə Azərbaycan hökuməti dövlət qarantı ilə bu layihənin gerçəkləşməsi
üçum 22 milyon manat kredit götürüb. Hazırda iş dondurulmuş vəziyyətdə
qalıb.
Rayon İcra Hakimiyyəti özünün daxili imkanları ilə işi bərpa etsə də,
yenidən işlər dayandırılıb. Ən dəhşətlisi isə odur ki, “Gelişim Group”
rayonun mövcud olan su təsərrüfatı sistemini dağıdıb.
bağlı Milli Məclisin Lerikdən olan deputatı İqbal Məmmədov, rayonun
icra başçısı Rövşən Bağırov da xəbərdardır. Bunu əməkdaşımızla
söhbətində deputatın köməkçisi bildirib. Onun sözlərinə görə, rayon
rəhbərliyi problemin həlli üçün səy göstərməkdədir və problemin ən qısa
zamanda aradan qaldırılması üçün yollar axtarılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10072