"Xəzər" TV-dəki "gülənçilər" işdən çıxarılır?
Asəf Hacıyev yayılan məlumatlara aydınlıq gətirdi
Asəf Hacıyev yayılan məlumatlara aydınlıq gətirdi
Bu ilin sonuna kimi “Xəzər” televiziyasının prezidenti Hüseyn
Dinləməz, vitse-prezident Xəlil Ibrahim, Xəbər departamentinin rəhbəri
Ibrahim Ünlübostan, Reklam departamentinin rəhbəri Gökhan Özkundakçı,
Texniki şöbənin rəhbəri Ibrahim Sarı və Fətullah Gülənə yaxınlığı ilə
tanınan digər şəxslər telekanaldan ayrılacaqlar.
Publika.az-ın “Xəzər” TV-dəki mənbədən əldə etdiyi məlumata görə,
hazırda Hüseyn Dinləməz və onun komandası Türkiyədə keçiriləcək
prezident seçkilərinin nəticələrini gözləyir.
Hətta bu ilin sonuna kimi “Xəzər” TV-yə təyin olunacaq yeni rəhbərin
adı da bəllidir. Bu şəxs 2003-2008-ci illərdə “Lider Media Holdinq”in
(Lider TV) Ictimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi,
2008-2012-ci illərdə isə Azərbaycan Televiziya və Radio Verilişləri
(AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Informasiya Proqramları
Studiyası direktorunun müavini vəzifəsində çalışmış Vəli Əkbərdir.
Mənbə bildirib ki, Vəli Əkbər 2014-cü ilin fevralından “Türkel TV”
(TTV) telekanalının direktor müavini və “Region” TV-nin (RTV) xəbər
direktoru vəzifələrinə təyin olunsa da, “Xəzər” TV-də nəzərdə tutulan
yeni işlə əlaqədar artıq o, sözügedən vəzifələrdən imtina edib. Hazırda
isə Vəli Əkbər işsizdir.
“Xəzər” TV-nin baş direktoru Asəf Hacıyev isə “Azadlıq”a bildirib ki,
yayılan məlumatlar həqiqətəuyğun deyil. “Bunlar yalan məlumatdır.
Adıçəkilən şəxslər aArtıq 7 ildir ki, bizimlə əməkdaşlıq edirlər və
mənim onlardan heç bir narazılığım yoxdur. Bildirirəm ki, onları
istədiyi müddətə qədər bizimlə işləyə bilər. Onlar özləri bağladıqları
müqaviləni dayandırmayana qədər biz əməkdaşlımığımızı davam
etdirəcəyik”,- deyə Asəf Hacıyev vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10074