Xaçmazda kütləvi dava: 1 ölü, 2 yaralı
İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava
baş verib. Nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.
Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident
zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin
oğlu aldığı yaralardan dünyasını dəyişib.
Digər bıçaqlanan şəxslər – 1992-ci il təvəllüdlü İsayev Emil
Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu
müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat
olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri
həyata keçirilir. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma
aparılır
Short URL: http://www.cumhuriyyet.net/?p=10077