Ərdoğan yenə əsib-coşdu
Təbliğat
mitinqində çıxış edən baş nazir müxalifəti kəskin tənqid edib: “CHP,
MHP, bir də bu koalisiyada səsləri 1 faizə çatmayan status-kvo
partiyalar var: Sosialist İşçi Partiyası, İnqilabçı Haqq Partiyası var.
Vətəninə xəyanət edən Pensilvaniya təşkilatı var. MHP-yə könül verən
qardaşlarım bu Sosialist İşçi Partiyası və İnqilabçı Xalq Partiyası ilə
Baxçəli koalisiya qurdu. İnanıram ki, MHP-li qardaşlarım bu koalisiyaya
“bəli” deməyəcək. Bu, öz tarixini inkar etmək olar. CHP-yə dəstək verən
qardaşlarım da bu koalisiyaya dəstək verməyəcək”.
Daha sonra Dövlət Baxçalının onun barəsində dediklərinə cavab verən baş nazir bunları bildirib: “MHP
başqanı mənim üçün “Sən Çankaya yoxuşunu çıxa bilməzsən. Yolun
yarısında yorulursan, nəfəsin tükənər, prezidentlik sənin üçün xəyaldır,
yuxudur” sözlərini deyib. İndi mən Baxçalıdan soruşuram.
Haralardasan. Harada olduğunu bilən, eşidən varmı? Onsuz da meydana
çıxsa belə Sivasın kənarına gedə bilməz. Prezident seçkisində
dizləri titrədi, nəfəsi tükəndi və meydandan getdi. Niyə, bilirsinizmi?
Millətin qarşısına çıxacaq üzü yoxdur”.
Əsas rəqibi Ekmeleddin İhsanoğlunu yalan damışmaqda ittiham edən Ərdoğan onu aşağılayıb: “Ekmel,
biz sənin nə olduğunu çox yaxşı bilirik. 8 il vəzifədə qaldın. Amma 8
illik vəzifəsində sanki bir kukla idin. Və heç bir zaman ürəkli bir
çıxışı olmadı, ola bilməz. Qəzza, Fələstin, Həmas, əl-Fəth bizi yaxşı
bilir. Bizim onlarla olan məhəbbətimizi bilməyə Ekmel bəyin nə gücü, nə
də düşüncə dünyası yetər. Qəzzaya getdim deyir. Sən İslam Əməkdaşlıq
Təşkilatının baş katibi idin. Ora getmək sənin vəzifə borcundur. Mən də
xarici işlər nazirimizi və oğlumu Qəzzaya göndərdim. Hər zaman Qəzzanın
yanında olduq.
Türkiyə İsrailə reaktiv yanacaq verir
dedilər. Tamamilə yalan, tamamilə böhtan. Bu yalanı İsrailin Qəzzadakı
qırğınını pərdələmək üçün etdilər. Biz reaktiv yanacaq ixrac etmirik.
Bunu hər kəs bilir. Bir də İsrailin Türkiyənin radarlarına ehtiyacı
yoxdur. İsraildə daha müasir radarlar istifadə olunur. Biz ona bir
əmanət verdik, o da əmanətə xəyanət etdi. İndi çıxıb nankorluq edirsən.
Türkiyə Qəzza üçün bir şey etmədi, deyirsən. Qəzzada, Fələstində ən çox
sərmayə qoyan ölkə Türkiyədir. Türkiyə Qəzzada “yox” deyir. TİKA hazırda
oradadır. Və təlimat verdim, yaralıları daşımağa başlayacağıq”
Short URL: http://www.cumhuriyyet.net/?p=10078