Avtobus qəzası: ölən var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
daxil olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən
yol qəza hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
daxil olmuş məlumata əsasən, Ağdaş rayonu ərazisində ölümlə nəticələnən
yol qəza hadisəsi baş verib.
Gecə saatlarında
Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km
aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus “Mercedes” markalı
sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova
məxsus “VAZ” markalı minik avtomobilinin toqquşub.
Dərhal
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə
cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik
avtomobilinin sürücüsü L.F.Osmanov aldığı ağır bədən xəsarətlərindən
hadisə yerində vəfat edib.
Sürücünün cəsədi
yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən
istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil
verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10080