ABŞ-ın ən xoşbəxt 5 şəhəri

24.07.2014 - 10:27

Harvard
Universiteti və Britaniya Kolumbiyası Universitetinin araşdırmalarına
görə, ABŞ ən xoşbəxt beş şəhəri bir ştatda – Luiziana ştatında yerləşir
və bu stat həm də ən xoşbəxt ştat kimi qeydə alınıb.
Araşdırmaların
nəticələrinə görə, xoşbəxt ştatların ilk beşliyi belə formalaşıb:
Laffayet, Houma, Şreveport-Bossier, Baton Rouge və Aleksandria.
İlk
onluğu isə aşağıdakı şəhərlər tamamlayır: Roçester (Minnesota ştatı),
Korpus Kristi (Texas), Çarls Gölü (Luiziana), Neşvil (Tennesi) və Fort
Valton Çimərliyi (Florida).
Harvard professor
Edvard Gliser və Britaniya Kolumbiyası Universitetinin professor Coşua
Qotlieb və Harvard Universitetin doktorluq üzrə tələbəsi Oren Zivin
birgə müəllifi olduğu araşdırmada Xəstəliklərə Nəzarət və Onların
Qarşısının Alınması Mərkəzinin “Davranış riski faktoruna nəzarət
sistemi” adlı sorğusunun məlumatlarından istifadə olunub.
Araşdırma
yaş, cins, irq, gəlir və başqa faktorlara görə uyğunlaşdırılıb. Misal
üçün qadınlar kişilərə nisbətən daha xoşbəxtdirlər. Eləcə də ailəli
insanlar özlərini subaylara və ya boşanmışlara nisbətən daha xoşbəxt
hiss edirlər.
Araşdırma başqa maraqlı faktı da
üzə çıxarıb. Belə ki, nəticələrdən bəlli olub ki, Amerikanın ən xoşbəxt
olmayan şəhəri Nyu-York şəhəridir. Bədbəxt şəhərlərin siyahısı isə belə
davam edir: St. Cozef (Missuri); Cənubi Bend, (İndiana); Erie,
(Pensilvaniya); Evansvil, (İndiana)  Henderson (Kentaki); Toledo
(Ohayo); Detroit (Miçiqan); Cersi şəhəri, (Nyu-Cersi); Qari (İndiana);
və Skranton-Vilkes-Barre-Hazleton (Pensilvaniya) 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10084

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31