Mirqədirovun vəkilləri şikayəti geri çəkir
Mirqədirovun vəkili Elmar Süleymanov “Media forum” saytına açıqlama
göndərib. O, iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin Rauf Mirqədirov
barəsində həbs qətimkan tədbirini 4 ay müddətinə uzatdığını xatırladaraq
yazır: “Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib və eyni
zamanda məhkəmə iclasında çoxsaylı prosessual pozuntulara yol verilməsi
ilə əlaqədar ətraflı yazılı qeydini Nəsimi Rayon Məhkəməsinə göndərib.
Lakin Nəsimi Rayon Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci
maddəsinin tələblərini pozaraq müdafiə tərəfinin yazılı qeydinə baxmadan
və ona dair heç bir qərar qəbul etmədən işi baxılması üçün Bakı
Apellyasiya Məhkəməsinə göndərib. Cinayət-Prosessual Məcəlləsinin
51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokoluna dair yazılı
qeydlərini verdiyi halda məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq
onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda
isə bu barədə müvafiq qərar qəbul edir”.
qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya
şikayətinin Cinayət Kollegiyasının baxışından çıxarılmasını, işin
müdafiə tərəfinin yazılı qeydinə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə
qaytarılmasını istəyəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10085