Türklərdən girovlara görə ermənilərə zərbə
“Deutsch-Turkisches Journal”da yer alan məqalədə bildirilir ki,
Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycan torpaqlarıdırsa, Azərbaycan
vətəndaşları istədiyi vaxt ora gedə bilər.
“Ona görə də, Ermənistan tərəfinin girov götürülən azərbaycanlıların
sərhədi pozması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Onlar
haqqında belə bir ittiham irəli sürülməməlidir”, deyə məqalədə
bildirilir.
Qeyd edək ki, iyunun əvvəllərində erməni hərbçiləri doğma
torpaqlarına gedən 3 azərbaycanlını – Dilqəm Əsgərov, Şahbaz Quliyev və
Həsən Həsənovu girov götürmüşdü. Qarşı tərəf Dilqəm və Şahbazın
görüntülərini yaysa da, Həsən Həsənovu öldürdüklərini iddia edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10086