Bakıda daha bir özəl klinika bağlandı
Fərman Ceyranov: “Səhiyyə Nazirliyindən cavab gözləyirik”
Bakıda fəaliyyət göstərən daha bir klinika bağlanıb. Movqe.az-ın
eksklüziv olaraq əldə etdiyi məlumata görə, bir neçə gündür ki, qapısına
qıfıl vurulan klinika paytaxtakı “Lanset cərrahlıq klinikası”dır.
Etibarlı mənbələrdən sayta daxil olan məlumata görə, klinikaya
Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti başa çatdığından
klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib.
Mənbənin verdiyi xəbərə görə, klinikaya verilən lisenziya müddətinin
uzadılıb-uzadılmayacağı isə hələki sual altındadır.
Çünki klinikanın külli miqdarda borcu varr. Xatırladaq ki, ötən il
“Lanset cərrahlıq klinikası” Dövlət Miqrasiya Xidmətinin məhkəmə iddiası
ilə 30 min manat məbləğində cərimələnmişdi. Buna səbəb klinikanın
keçmiş həkimi, Qazaxıstan vətəndaşı, əslən Gürcüstandan olan
azərbaycanlı Vaqif Tanrıverdiyevin “Lanset”ə gəlməsi göstərilib.
Saytın müxbirinə adının çəkilməsini istəməyən mənbə Fərman Ceyranovun
hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda eyni adlı
cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini söyləyiblər. Movqe.az
klinikanın baş həkimi Fərman Ceyranovla əlaqə saxlayaraq klinikanın
bağlanması xəbərini dəqiqləşdirib. F. Ceyranov bildirib ki, yaxın
vaxtlarda klinikanın fəaliyyəti yenidən bərpa olunacaq: “Klinikanın
lisenziya müddəti başa çatıb. Bizdə hələ ki Səhiyyə Nazirliyindən cavab
gözləyirik. Çox güman ki, bir həftəyə klinika fəaliyyətini bərpa
edəcək”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin saytında “Lanset Cərrahlıq
Klinikası” MMC-nin 25931 seriyalı lisenziyasının bu ilin iyul ayının
14-də başa çatdığı qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10091