Leyla Yunus Bakı olimpiadasının boykotu hərəkatına başladı

24.07.2014 - 16:15

Sülh və Demokratiya İnstitutu yanında
Repressiyalara Müqavimət Mərkəzi 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarını boykot kampaniyasına başlayıb. Müvafiq müraciət Avropa
Olimpiya Komitəsinə və bu komitənin Avropa İttifaqındakı ofisinə
göndərilib.
“Turan”a açıqlama verən Sülh
və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyib ki, insan
hüquqlarının və demokratik azadlıqların pozulduğu avtoritar Azərbaycanda
olimpiya hərəkatının himayəsi altında oyunların keçirilməsi
yolverilməzdir: “Müraciətdə Azərbaycanda fundamental insan hüquq və
azadlıqlarının, yaşamaq hüququ, işgəncələrdən müdafiə, mülkiyyət,
ədalətli məhkəmə hüququnun pozulduğu qeyd olunur, konkret nümunələr
göstərilir. Bildirilir ki, Azərbaycanda 11 jurnalist və bloqçu, 5 hüquq
müdafiəçisi, 11 gənc fəal, 2 müxalifət lideri həbsdədir. Azərbaycanda
müstəqil məhkəmə sisteminin olmaması vətəndaşları ədalətli məhkəmə
hüququndan məhrum edib və özgə fikirli hər kəs siyasi sifarişlə mühakimə
oluna bilər”.
Leyla Yunus Avropa Oyunlarının Bakıda keçirilməsinə yenidən baxılmasına çağırır:
“Ölkəmizin
azad düşüncəli və ədalətli vətəndaşları bütün dünyada Avropa
Oyunlarının avtoritar, qanla və göz yaşı ilə bulanmış Azərbaycanda
keçirilməsinə etiraz aksiyasına başlayır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10092

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31