"ABŞ Rusiyanın yıxmaq niyyətindədir"
Rusiyanın sanksiyalar qarşısında nə edəcəyi ilə bağlı azı iki nəzər
nöqtəsi var. Putin birinci konsepsiyaya dəstək verir. Ona əsasən,
barışıq ritorikası, Ukraynaya qeyri-aqressiv münasibətin siqnalları və
Avropa ölkələri ilə ABŞ-ın iqtisadi maraqları arasında ziddiyyət gələcək
sanksiyaların qarşısını alacaq.
Ancaq xarici siyasət üzrə aparıcı məsləhətçilər fərqli fikirdədir.
Onlar daha pessimistdir və hesab edirlər ki, ABŞ-la Rusiya arasında
ixtilaff Ukrayna hadisələrindən asılı olmayaraq güclənəcək. Belə ki, ABŞ
Rusiyanı geosiyasi rəqib kimi sıradan çıxarmaq niyyətindədir. Krımın
anneksiyası isə Rusiya-AB münaqişəsinin avlovlanması üçün sadəcə bir
qığılcım olub.
Nəşrin yazdığına görə, ABŞ Rusiyada narazılığın artmasına və
insanların Putinə qarşı çıxmasına nail olmaq niyyətindədir. Yekun məqsəd
– rejimin dəyişməsidir.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=10098