ABŞ hərbçiləri Ukraynaya gəlir
Amerika
Birləşmiş Ştatlarının Prezidenti Barak Obama amerikalı hərbçilərin ilk qrupunun
bu günlərdə Ukraynaya göndərilməsi ilə bağlı fərman imzalayıb. Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, bu barədə “Vaşinqton Post”
xüsusi məqalə dərc edib. Materialda deyilir ki, söhbət amerikalı hərbi
mütəxəssislərin Ukrayna ordusunumodernləşdirilməsindən, döyüş
qabiliyyətinin artırmasına yardımdanvə müasir silahlardan istifadəni
aşılamasından gedir. Jurnalistlərə açıqlama verən amerikalı polkovnik Stiv
Uorren bildirib ki, Kiyevə yollanacaq birinci qrupun üzvləri əsasən hərbi
analitik və strateqlərdən ibarət olacaq. Onun sözlərinə görə, həmin şəxslərin
birinci göndərilməsinin xüsusi anlamı var. Belə ki, onlar yerlərdə ətraflı
təhlillər apararaq Ukrayna ordusunun zəif tərəflərini müəyyənləşdirməlidirlər.
Yalnız bundan sonra həmin dəqiq nöqsanlar üzrə Amerikadan yardımlar
ediləcək.
Amerikalı mütəxəssislər Ağ Evin belə təşəbbüsdə bulunmasını baş verən son
təyyarə qəzası və Rusiyanın terrorçuları dəstəkləməsinə son qoymaması ilə izah
edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10107