HƏMAS İsrailin cavabın verir
Bu
dəqiqələrdə HƏMAS-a bağlı “İzzəddin Əl-Qəssam”briqadası
İsrailin şimalında yerləşən Hayfa şəhərinə hücum edib.”Əl-Qəssam” briqadası “R160” tipli raketlə Hayfa şəhərinə
zərbələr endirib.
Bu arada İslam Cihad Hərəkatının hərbi qanadı
olan Qüds Səriyyələri İsrailin bombardmanının qarşısını almaq üçün hərbi
əməliyyata başlamağa hazırlaşdığını bəyan edib. “Anadolu” agentliyinin məlumatına görə,
günlərdir bombalanan Qəzzanın qisasının alınması üçün hərəkat üzvləri paytaxt
Təl-Əviv də daxil olmaqla İsrailin bir neçə şəhər və qəsəbələrini hədəfə götürüb,
həmin məkanlara qarşı 115 raket qurğusundan istifadə olunacağını
açıqlayıb.
Qeyd edək ki, Qəzzaya edilən İsrail hücumları 700-dən cox fələstinlinin
həyatına son qoyub. İsrail
ordusunun da ciddi itkilər verdiyi bildirilir.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10108