Ağsuda Niftəliyevin biznes imperiyası

25.07.2014 - 03:36
Şəhər bələdiyyə sədri olarkən özünün geniş biznesini “formalaşdıran” bu şəxs indi də “yol koorrupsiyası”ndan qazanır

 
Vəzifə sahibi olan məmurların əksəriyyəti kresloya yiyə
çıxan kimi, ilk öncə şəxsi varlanmaq barədə düşünürlər. Uzun müddətdir
Azərbaycan sovet dövründən qalma belə bir tendensiyadan xilas ola
bilmir. Hətta vəzifə səlahiyyətindən sui-istifadə hallarına aludə olmaq
tendensiyası özünü müasir dövrün qurumları sırasında yer alan
bələdiyyələrdə də özünü göstərir. Nəinki göstərir, əksinə demək olar ki,
postdan sui-istifadə tendensiyası bələdiyyələrdə daha geniş formada
yayılıb. Bələdiyyə sədrləri olan şəxslərin çoxu bu vəzifəyə təyin
olunar-olunmaz rayon və kənd ərazilərindəki biznes baxımından ən gur
gedən yerləri özləri, qohum-əqrəbası, yaxınları arasında bölüşdürür.
Əlbəttə ki, bundan özləri də müəyyən qazanc götürürlər.

Bir qrup
Ağsu şəhər sakinləri tərəfindən cumhuriyyet.az-a təqdim olunan məlumatda bildirilir ki,
rayon şəhər bələdiyyəsinin sabiq sədri Aqil Niftəliyev şəhər və ona
bitişik Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndlərinin
ümumilikdə 500 hektardan çox ərazilərini tamamilə zəbt edib. Həmçinin
keçmiş bələdiyyə sədri sovet dövründən qalma bir çox iaşə və ticarət
obyektlərini də ələ keçirə bilib. Məlumatlarda bu obyektlərin
sırasında Ağsu rayonunun Avtobazasının 5 hektar tikili və həyətyanı
sahəsi, keçmiş Rayon İcrayyə Komitəsinin binası, köhnə avtovağzal,
ovçular binası, xalça sexinin binası və sairə göstərilir. Mənbələr iddia
edirlər ki, avtobazada bu adamın avtomobil hissələri mağazası, setka
sexi, avto yuma, təmir, çayçı və sairə obyektləri fəaliyyət göstərir.
Bundan başqa Aqil Nitəliyevin Kəndobada 200 hektar torpaq sahəsi, 2
balıq gölü və möhtəşəm bir malikanəsi var. Mənbənin verdiyi bu faktlar
bir daha onu göstərir ki, bir çox bələdiyyə sədrləri tutduqları
vəzifədən ancaq özləri üçün yararlanmaq naminə istifadə edir. Özünüidarə
orqanı ərazisində yaşayan sakinlərin problemlərinin həlli isə onlar
üçün maraqlı deyil.
Digər bir məqam isə ondan ibarətdir ki, əvvəlki
vəzifəsindən istifadə edərək, özü üçün biznes sektoru formalaşdıran bu
məmurlar, onunla kifayətlənməyərək, yenə də əyri yollarla daha yeni-yeni
qazanc obyektlərini ələ keçirməkdə davam edirlər. A. Niftəliyev barədə
mənbənin verdiyi məlumatından belə məlum olur ki, bütün bu yığdığı
sərvət keçmiş bələdiyyə sədrinin Ağsudan əldə etmək istədiyi
var-dövlətin heç də hamısı deyilmiş. Rayona ayrılan büdcə vəsaitlərinin
mənimsənilməsini daha geniş miqyasda həyata keçirə bilmək üçün, bir
müddət əvvəl Aqil Niftəliyev 12 saylı Yol İstismar İdarəsinə müdir
vəzifəsinə təyinat alıb. Mənbənin sözlərindən belə çıxır ki,
A.Niftəliyevin bacısının əri Ağakişi Əliyev Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədovun sağ əlidir və məhz onun Niftəliyevin
bələdiyyə sədri seçilməsində xüsusi xidməti olmuşdu.
Məlumatda yeni
vəzifəyə təyinat almasında A.Niftəliyevin digər bir himayədarının, Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qardaşı Radim
Müslümovun müstəsna rol oynadığı da bildirilir. Ağsu rayonunda fəaliyət
göstərən 12 saylı Yol İdtismar İdarəsinin müdiri vəzifəsinə yeni təyin
olunmasına baxmayaraq, Aqil Niftəliyevin adı artıq kifayət qədər böyük
maliyyə maxinasiyası və büdcə vəsaitlərinin mənimsənilməsi ilə müşayiət
olunan korrupsiya əməllərində hallandırılır. Bu xüsusda KİV-ə təqdim
olunan məlumatlarda bildirilir ki, Ağsu şəhərinin daxili yollarının
əsaslı təmiri üçün ayrılan 800 min manatın yarım milyonundan artığı
mənimsənilib. Yəni təmir işinə ayrılan hər 5 manatdan 3 manatı
təyinatdan kənar istiqamətə yönəldilib. Bundan başqa Ağsu RİH-nin
başçısı Ənvər Seyidəliyev tərəfindən kəndlərarsı daxili yolların təmir
edilməsi məqsədilə rayonun daxili büdcəsindən 12 saylı Yİİ-nə ayrılmış
600 min manat vəsaitin də taleyi bəlli deyil. Yerli mənbələrdən
cumhuriyyet.az-a daxil olan məlumatlarda bu barədə deyilir: “Bir neçə aydır ki, 12 saylı
Ağsu rayon Yol İstismar İdarəsinin müdiri vəzifəsini icra edən Aqil
Niftəliyev, bələdiyyədə olduğu kimi burda da böyük maliyyə
maxinasiyaları həyata keçirir. Keçmiş bələdiyyə sədri 12 saylı Yol
istismar İdarəsinə ayrılan yanacağı, mal-materiala dövlətin ayırdığı
vəsaitləri mənimsəməklə yanaşı, həmçinin dayanmadan dövlətin asfaltını
və çınqıl-qum materiallarını müxtəlif özəl şirkətlərə satır. İdarə
müdiri 10 ton asfalta 800 manat, bir maşın çınqıla 70 manat, quma isə
120 manat qiymət qoyub”.
Daha sonra cumhuriyyet.az-a daxil olan məlumatda vurğulanır ki,
Niftəliyevin son bir neçə ay ərzində həyata keçirdiyi ən böyük maliyyə
mənimsəməsi ümumilikdə təqribən 1 milyon yarım vəsait ayrılan iki layihə
olub. İdarə müdirinin bu iki layihədən 1 milyondan artıq mənimsəməyə
yol verdiyi iddia olunur: “Üç ay öncə Ağsu şəhərinin daxili yollarının
yenidən çəkilməsi üçün dövlət büdcəsindən ayrılan 800 min manat vəsaitin
60 faizindən çoxu silinərək mənimsənilib. Sənədlərdə əsaslı təmir
olunduğu kimi göstərilən Ağsu şəhər daxili yollarının bəzi yerlərinə
ancaq “yamaq” vurulub və yarım milyondan artıq dövlət vəsaiti bu yolla
silinib və Aqil Niftəliyevin cibinə axıb.”

Short URL: http://www.cumhuriyyet.net/?p=10110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31