İŞİD lideri Bağdadi MOSSAD agenti imiş
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı
Edvard Snouden “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror
qruplaşması ilə bağlı ilginc məlumatlar açıqlayıb.
Snouden bildirib ki,
İraq və Suriyada müxtəlif cinayətlər törədən “İŞİD” qruplaşması ABŞ,
İngiltərə və İsrail kəşfiyyat xdimətlərinin məhsuludur. ABŞ Milli Təhlükəsizlik
Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snouden “İraq Şam İslam
Dövləti” (İŞİD) adlı terror qruplaşması ilə bağlı ilginc məlumatlar
açıqlayıb. Snouden bildirib ki, İraq və Suriyada müxtəlif cinayətlər törədən
“İŞİD” qruplaşması ABŞ, İngiltərə və İsrail kəşfiyyat xdimətlərinin
məhsuludur.
Amerikalı kəşfiyyatçı
əlavə edib ki, “İŞİD”çilərin himayəsində məqsəd İsrail rejiminin
təhlükəsizliyini təmin etməkdir: “İsraili qorumaq üçün yeganə üsul Orta
Şərqdəki silahlı qruplaşmaları nəzarətdə saxlamaqdır. Bundan əlavə İslama qarşı
yeni düşmənlər yaratmaq da planın tərkib hissəsinə daxildir. MOSSAD
“İŞİD” lideri Əbu Bəkr Əl-Bağdadiyə bir il ərzində hərbi, din və dil
kursları keçib”.
Qeyd edək ki, Snouden
ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda
informasiyalar sızdırıb. Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin
mühüm saytların elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda
informasiyanı ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ
dövlətinin təqibinə məruz qalıb(bugun.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10111