Bakının daha bir böyük və məşhur məktəbi sökülür

25.07.2014 - 12:41

20 saylı məktəbin yerində daha möhtəşəm məktəb-lisey binası tikiləcək
 
 
Təhsil  Yasamal rayonundakı Arif
Hüseynzadə adına 20 saylı məktəb-liseyin söküntüsünə başlanıb. Hazırda
məktəbin ətrafı hasarlanıb və içəridəki əşyaların çıxarılmasına start
verilib. 
 
Həmçinin məktəbə söküntü işlərinin həyata keçirilməsi üçün əlavə texnikalar da gətirilib. 
 
Söküntü işləri ilə maraqlanmaq üçün
məktəbdə olduq. İşçilər söküntü porossesinə artıq bir neçə gün öncə
başladıqlarını bildiriblər. 
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən
verilən açıqlamada həmin məktəbdə təhsil alan şagirdlərin aqibətinə də
aydınlıq gətirilib: “Orada təhsil alan şagirdlər müvəqqəti olaraq başqa
məktəblərə köçürülüəcəklər”.
 
Həmçinin nazirlikdən bildiriblər ki, sökülən məktəbin yerində müasir standartlar uyğun olan yeni məktəb-lisey binası tikiləcək.
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10117

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31