Bakıda şirkət rəhbəri ağır qəza törətdi

25.07.2014 - 13:34

Hadisə Zuğulba prospektində baş verib

Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buzovna
qəsəbəsində, Zuğulba prospektinin üzü şəhərə tərəf gələn hissəsində
paytaxt sakini, 1978-ci il təvəllüdlü Bəxşi Rasim Rafiq oğlu idarə
etdiyi “Wolksvagen Tuareg” markalı, 90 SU 575 nömrə nişanlı avtomobillə
piyadanı vurub. Nəticədə piyada, 1991-ci il təvəllüdlü Budaqov Vüqar
Heydər oğlu ağır bədən xəsartətləri alıb və təcili tibbi yardım çatmadan
keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü Rasim Bəxşi
tanınmış iş adamıdır. O, HP şirkətinin Azərbaycan nümayəndəliyinin
rəhbəridir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31