Tibetlilərin "səma dəfni"
“Səma dəfni” –
tibetlilərin dəfn prosesi məhz belə adlanır. Onların inanclarına görə,
insanın ruhu öləndən sonra bədəni tərk edir. İnsan isə ölümdən sonra da
xeyir gətirməlidir. Odur ki, xüsusi rahiblər meyiti parçalayıb vəhşi
quşları yemləyirlər.
Demək olar, tibetlilərin hamısı belə dəfn olunur. Yalnız ruhani başçı
– Dalay Lama öləndən sonra mumiyalanır və meyiti qızılla örtülür.
1959-cu ildə Çin Tibetdə tam möhkəmləndikdən sonra bu ritual
yasaqlandı. Lakin bu qadağa çox böyük etirazlar doğurduğundan Çin
dövləti 1974-cü ildən etibarən “səma dəfni”nə yenidən icazə verdi.
Hazırda Tibet ərazisində 1100 dəfn meydançası var. Dəfn ritualı isə dini rahiblər – roqoyaplar tərəfindən həyata keçirilir.
Tibetli öldükdə onun cənazəsi üstündə Dalay Lama 24 saat “ölülər
kitabı”ndan dualar oxuyur. Üç gündən sonra meyiti dəfn yerinə
gətirirlər. Roqoyap cəsədi parçalayır və kənara çəkilirlər. Vəhşi quşlar
az bir zamanda əti sümüklərinə kimi didirlər. Sonra rahib sümükləri
yığır və çəkiclə əzərək narın hala salır. Onu unla qarışdıraraq yenidən
quşlara yedirir.
Meyitin izi-tozu belə qalmır. Tibet inancına görə, əvvəlki bədən məhv
edilərsə, ölənin ruhu yeni bədənini daha tez tapacaq. Hindlilər kimi
tibetlilər də ruhun ölməzliyinə inanırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=10124