Tanınmışlar feysbukda nə işlə məşğuldur?

25.07.2014 - 17:35

 

 

Sadə
vətəndaşlardan fərqli olaraq, cəmiyyətdə müəyyən statusa malik olan
insanların hər addımı vizual həyatda olduğu kimi, virtual həyatda da
maraqla izlənilir. Publika.az saytı olaraq ədəbiyyat adamlarının, şou-biznes və mədəniyyət sahəsində
çalışan insanların feysbukdakı fəaliyyətini, onların virtual həyatda öz
dostları ilə nələri bölüşdüyünü, hansı fikirləri paylaşdıqlarını
öyrənməyə çalışdıq.

 

Məqsədimiz bu insanların sosial şəbəkədəki vətəndaş mövqelərini öyrənməkdir.

 

Mövzuya keçməzdən əvvəl kiçik arayış verək ki, qonşu Türkiyə, Rusiya,
eləcə də Qərb ölkələrində məşhurlar- müğənnilər, aktyorlar sosial
şəbəkələrdə yalnız öz reklamları ilə məşğul olmur, cəmiyyətdə baş verən
hadisələrə öz mövqelərini bildirirlər. Bununla yanaşı, paylaşdıqları
statuslar onların dünyagörüşünü, intellektini nümayiş etdirir. Ancaq
feysbuk üzərindən araşdırmalar apararkən dostluğumuzda olan və olmayan
məşhurlar arasında barmaqla sayılacaq qədər şəxsdə bu keyfiyyətlərə rast
gəldik.

 

Gəlin onların sosial şəbəkələrdə yazdıqları statuslardan seçmələrə diqqət yetirək.

 

İlk baş çəkdiyimiz profil hər zaman mistika axtarışında olan yazıçı
Həmid Herisçinin virtual dünyası oldu. Öz profilində Hikmət Hacızadənin
şəklini paylaşan yazıçı onu molla cildində təsvir etməyi da unutmayıb:

 

“Nihilizmin müasir fitva verən mollalarından biri Hikmət Hacızadə,
əslində uzun müddət demokrat adı altında gizlənsə də, indi maskasını
kənara atır. Əsl sifətində-nihilist mollası kimi ortaya atılır…

Bəli, bu gün demokratik düşərgədə differensasiya baş verir, buğda
kəpəkdən ayrılır. Vaxtiylə özünə demokrat deyənlərin nihilist olduğu üzə
çıxır…”

 

Həmid bəydən fərqli olaraq, şair Rüstəm Behrudi  yay aylarında sosial
şəbəkələrdə o qədər də aktivlik göstərmir. Hər halda profilində
müxtəlif saytlarda gedən yazıları paylaşması bunu deməyə əsas verir. Bu
boşluğu doldurmağa çalışan şairin dostları isə onun profilində müxtəlif
şeirlər paylaşırlar. 

 

15.001 izləyicisi və minlərlə dostu olan xalq artisti Faiq Ağayev isə
deyəsən feysbuk profilinə öz şəxsi albomu kimi baxır. Belə ki, cənab
Ağayev bütün işlərini bir kənara atıb feysbukda öz şəxsi şəkillərini və
maqazin verlişlərinə verdiyi müsahibələrin videogörüntülərini
paylaşmaqla işini bitmiş hesab edir. Onun son statusu isə öz dili ilə
desək ünvansız tərbiyəsizlərə həsr olunub:

 

“Tərbiyəsiz adamlarla onların dilində deyil, öz
dilimdə danışıram. Tərbiyəsizləri cəmiyyətdən uzaqlaşdıra bilməsəm də,
özümdən uzaqlaşdırıram”.

 

Faiq Ağayevdən fərqli olaraq “Facebook” da ara-sıra öz şəkillərini
paylaşan gənc yazar- şairə Aysel Əlizadə isə ictimai-siyası və duyğusal
statuslar paylaşmağı da unutmur. Bu da görünür, xanım Əlizadənin yazıçı
ruhundan irəli gəlir. Onun son statusu belədir: “Elə ürəklər var ki,
adam bilmir onların sahibinə necə çox sağ ol desin. Mən insan sevgisi
görəndə dəhşət kövrəlirəm”.

 

18.000 izləyicisi ilə həmkarı Fayiq Ağayevi qat-qat geridə qoyan
xanım müğənni Brilliant Dadaşova da deyəsən, bütün iş gücünü bir kənara
atıb “facebook” da şəkillər paylaşmaqla məşğuldur. Hazırda Maldiv
adalarında klip çəkilişində olan B. Dadaşova son şəkillərini də oradan
paylaşır.

 

Tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu da deyəsən, öz divar
yazılarının yerini şəkilləri ilə doldurmağa önəm verir. Bu arada onun
Milli Mətbuat günündə jurnalistlərə ünvanlandığı təbrik də diqqətimizi
cəlb etdi: “Səmimi, dürüst, işini sevən və bilən jurnalistləri təbrik
edirəm. Arzu edirəm ki, sizin yazdıqlarınızla Azərbaycanımız günü-gündən
demokratikləşsin”…

 

Qızmar yay günlərində dağlara çəkilən aktyor, rejissor Nicat Kazımov
isə öz profilində daha çox istirahət şəkillərini paylaşmaqla məşğuldur.

 

Hər zaman açıq-saçıq geyimləri ilə qalmaqallar yaradan müğənni Afaq
Aslan yenə də öz sevimli əyləncəsinə sadiqliyini nümayiş etdirir. Belə
ki, xanım müğənninin profilini yenə də açıq-saçıq şəkillər bəzəyir.
Görünür poza verib şəkil çəkdirmək xanım müğənninin əsas hobbisidir…

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31