Cəbhədə şiddətli atışma
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qafqazinfo.az-ın
xəbərinə görə, Nazirlik Ermənistan silahlı birləşmələrinin Tovuz
istiqamətində atəşkəs rejimini pozduğunu deyib: “Azərbaycan Silahlı
Qüvvələrinin bölmələri düşmənə cavab atəşə verir. Hərbçilər arasında
ölən və ya xəsarət alan yoxdur”.
00:01
Əlibəyli kənd sakini Rafiq Həsənovun publika.az-a
verdiyi məlumata görə, atışma hələdə davam edir. Müxbirimiz teulefonla
Əlibəyli kəndi ilə əlaqə saxlayarkən atışma səsləri aydın eşidilib.
Rafiq Həsənovun sözlərinə görə, ermənilər axşam saat səkkizdən sonra
kəndi atəşə tutublar. Ermənilər əsasən evləri və kənd yolunu atəş
altında saxlayır.
Hazırda Əlibəyli kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.
Azərbaycan ordusu düşmənə cavab atəşi açır.
23:37
Tovuzda baş verən atışma ilə bağlı daha bir yaralanma xəbəri gəldi.
Sakinlərin axar.az-a
verdiyi məlumata görə, ermənilərin aşdığı atəş nəticəsində daha bir
Əlibəyli sakini yaralanıb və beləliklə, yaralanan mülki şəxslərin sayı
üçə çatıb. Yenicə yaralanan şəxsin öz avtomobilində gülləyə tuş gəldiyi
bildirilir.
Yaralanan
yeniyetmə Fərid Əhmədovun isə vəziyyətinin ağırlaşdığı qeyd edilir.
Cərrahiyyə əməliyyatı ilə F.Əhmədovun çənəsindən dəyən gülləni çıxarmaq
mümkün olmayıb və yaralı təcili tibbi yardım maşınında Bakıya
göndərilir.
Digər
mülki şəxs – yaralı Anya Qara qızını hələ də güllə yağışının altından
çıxarıb xəstəxanaya qaldırmaq mümkün olmayıb. Onun səhhəti ilə bağlı
məlumat verməkdə kənd sakinləri çətinlik çəkirlər.
Hazırda
gülləbaran daha da artıb. İri çaplı silahlardan şiddətli atışma gedir.
Azərbaycan Ordusunun düşməni susdurmaq üçün səfərbər olduğu bildirilir.
22:37
Bir neçə saat əvvəl Tovuzun Əlibəyli kəndində şiddətli atışma başlayıb.
Kənd sakinlərinin axar.az-a verdiyi
məlumata görə, Ermənistan ordusu saat 20:30-dan başlayaraq Əlibəylini
şiddətli atəşə tutublar. Atışma zamanı iki nəfər mülki şəxs yaralanıb.
Yaralanan mülki şəxs 15 yaşlı Fərid Əhmədov Tovuz Rayon Mərkəzi
Xəstəxanasına aparılıb. Fərid Əhmədov hazırda əməliyyat masasındadır,
vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onu cərrah Kəmaləddin
Abbasov əməliyyat edir.
Digər yaralı 50 yaşlı Anya Qaraqızını isə şiddətli atışma ucbatından
hələ də xəstəxanaya aparmaq üçün kənddən çıxara bilməyiblər.
Ermənilərin Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verir. Hal-hazırda atışma davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10127