KREML MAKİAVELLİSİ RUSİYANI FƏLAKƏTƏ SÜRÜKLƏYİB

prezidenti Vladimir Putinin dünya və ilk növbədə Rusiyanın özü üçün
yaratdığı təhlükələrdən söz açılır. AzPolitika.info məqalənin
tərcüməsini təqdim edir:
İki ay bundan öncə Putini “dahi strateq” adlandırmaq dəbə
minmişdi. Amerikan sağçıları Putinin özünə inamını prezident Obamanın
yumşaqlığı ilə müqayisə edirlər. Çarlz Krauthamer “Obama Putinə qarşı –
qeyri bərabərlik” başlıqlı məqaləsində iddia edir ki, indiki prezident
ilə Rusiya Amerikanı üstələyir. Nyu-York şəhərinin keçmış meri Rudi
Culianı Putini qətiyyətinə görə “Lider bu cür olmalıdır” sözləri ilə
tərifləyir. “Birləşmiş Krallığın müstəqilliyi partiyasının” rəhbəri
Naycel Faraj isə Vladimir Putini “yenı dünya lideri” adlandırır.
“Malayziya hava yollarına” aid “MH17” nömrəli reysin faciəyə düçar
olmasından sonra bu şəkildəki bütün təzim etmələr nə qədər də yersiz
görünür. Ukraynadakı üsyançıların açıq şəkildə Rusiya tərəfindən zenit
raketləri ilə təchiz edilməsi, sadəcə olaraq mənəviyyatsızlıqdır və belə
hərəkətlər Putinin dahi bir strateq oduğu barəsindəki fikirləri alt-üst
edir. Bu insan özünü düşüncəsiz və oyun oynamaq həvəsi ilə alışıb yanan
adam kimi göstərib. Onun paranoyalı miskin siyasəti Rusiya
iqtisadiyyatını və siyasətini təcridə doğru aparır.
Kremlin mini-Makiavellisi güman edir ki, Ukraynanın şərqindəki
stabilliyi pozaraq Rusiyanın separatçılarla əlaqəsinə aid faktları inkar
edə bilər. Ancaq kuklaoynadan bütün ipləri əlində saxlaya bilməyib. Heç
bir günahı olmayan 300 nəfərin ölümündən sonra bu faciədə Rusiyanın
iştirakı gün işığı kimi parladı. Yalnız Putini tərifləyərək onu göyə qaldıranlar bu hadisədə Rusiyanın günahı olmadığını iddia edə bilərlər.
Hazırda Rusiya hakimiyyətinin qarşısında çox çətin bir seçım dayanıb.
Əgər Rusiya tərəfi “MH 17”-nin məhvi ilə bağlı aparılan beynəlxalq
təhqiqat qrupuyla əməkdaşlıq etmək istəsə, nəticələr heç də onlar üçün
xoşagələn olmayacaq. Yox, əgər ruslar bu təhqiqata mane olmağa
başlasalar və ya Ukraynaya qoşun yeritməyə qərar versələr, daha qəzəbli
və sərt beynəlxaəq reaksiya ilə üzləşəcəklər. Hələ keçən həftə təyyarə
faciəsindən əvvəl ABŞ sərt sanksiyaların tətbiqi haqqında bəyanat
vermışdı. İndi yəqin ki, Avropa Birliyi də öz mövqeyini bu cür
sərtləşdirəcək və beləliklə də bir neçə iri Rusiya şirkəti Qərbin
kapital bazarını itirmiş olacaq.
Bunlardan əlavə Rusiyanın başı üzərindən siyasi izolyasiya da
asılıb. Onu artıq aparıcı səkkiz sənaye ölkələri qrupundan çıxarıb
atıblar. Təyyarə faciəsində bir neçə vətəndaşını itirən
Avstraliyalılar bu ilin noyabr ayında Brisben şəhərində (Avstraliya)
keçirilməsi nəzərdə tutulan “İyirmiliyin” sammitində Rusiya prezidenti
Putini görmək istəmirlər. Yəqin ki, tezliklə 2018-ci ildə Rusiyada
keçiriləcək futbol üzrə dünya çempiotı məsələsinə də baxılacaq.
Putinin səhvləri təkcə üsyankar separatçıların yaxınlıqdan keçən
sivil təyyarəni vurmaları ilə məhdudlaşmır. Məsələ ondadır ki, Rusiyanın
iştirakıyla törədilən bu cür kobud və məsuliyyətsiz hərəkətlərin
arxasında ən azından dörd böyük siyası səhv dayanır.
Birincisi, Rusiyada Ukraynanın Avropa Birliyi ilə ticarət müqaviləsi
imzalamaq arzusuna həddən ziyadə güclü raksiya verildi. Bütün var cücü
ilə Brüsselin Ukraynanı ələ keçirmək istəməsi fikrinin irəliyə atılması
sadəcə paranoyaya bənzəyir. Əsl həqiqətdə isə Avropa Birliyi on ildir
ki, Ukraynanın öz tərkibinə daxil olunmasına heç bir həvəs
göstərmədiyini əyani şəkildə nümayış etdirir. Moskvanın Rusiya üçün
böyük təhlükə adlandırdığı NATO-ya üzvlük isə çox uzaq gələcəyin
söhbətidir. NATO-nun 2008-ci ildəki sammitində bu alyans
Ukraynanın üzv olmaq üçün hazırlıq keçməsi məsələsinə imtina ilə
yanaşdı. O dövrdən indiyədək də NATO öz mövqeyini qətiyyən dəyişməyib.
Putinin
ikinci səhv hesablaması isə Rusiyanın Ukraynadakı iğtişaşları
provakasiya etməsi və eyni zamanda da israrla baş verənlərlə heç bir
əlaqəsi olmadığını bildirməsi idi. Belə hərəkət çox hiyləgər və miskin
bir gedişdir və Krımın ilhaq olunmasından sonra bütün dünya sanki
qəfildən yaxalanmış vəziyyətə düşmüşdü. Ancaq Moskvanın Ukraynanın
şərqində həyata keçirmək istəqiyi fırıldaqlar gözlədikləri kimi nəticə
vermədi və indi Rusiyanın oradakı iştirakını gizlətmək artıq xeyli
çətinləşıb. Məhz bütün bunlar “MH17” reysinin faciəsinə gətirib çıxardı
və nəticədə də Rusiya yarana biləcək vəziyyətin ən pisi ilə qarşılaşdı.
Rusiya hadisələrin gedişınə tam nəzərət etməsə də, yenə də bu işlərdə
onu günahkar bilirlər. Bu isə düzgün yanaşmadır. Ona görə ki,
əgər hətta raketin buraxılması əmri Moskvadan verilməyibsə də, əsl
həqiqətdə bu şəraitin və faciənin yaradıcısı bəllidir ki, Rusiyadır.
Putinin özünü saldığı üçüncü tələ daha qabarıq və kobud millətçilik
təbliğatı vasitəsi ilə Rusiya ictimai fikrinin manipulyasiya
olunmasıdır. Bu üsul müəyyən effekt yaradıb və prezidentin populyarlığı
yüksəlib. Lakin artıq indi onun bu məsələdə geriyə qayıtması xeyli
müşkülə dönüb. Əgər Putin tam və birmənalı şəkildə separatçıları müdafiə
etməkdən əl çəkərsə, onda onun ünvanına hər tərəfdən Ukraynadakı
rusdilli əhalinin “faşistlərdən” qorumadığı barəsində ittihamlar
yağdırılacaq.
Putinin dördüncü yanlış addımı ondan ibarətdir ki, o, Qərbdən
gələ biləcək reaksiyanı hesablaya bilmir. Bəlkə də ola bilər ki, Putini
öz ətrafındakı yaltaqlar və onu böyük strateq adlandıran xarıcdəki qab
yalayanlar Qərbin zəif və rəzil gündə olduğu fikrinə inandırıblar.
Qərbin hərdən çox ləng reaksiya verməsinə baxmayaraq, onlar demək olar
ki, real sanksiyalar tərbiq ediblər və yəqin ki, bunu yenə də davam
etdirəcəklər. Elə buna görə də Rusiya biznesinin liderləri belə bir
vəziyyətin yaranmasından dəhşətə gəlirlər. Ancaq onlar hələki
gücsüzdürlər.
Qərblə lüzumsuz yerə destruktiv konfrantasiyaya girməklə Putin başqa bir problemlə də qarşılaşır. Halbuki, bu problem olmaya da bilərdi. NATO barəsində Moskvanın təlaş
keçirməsinə baxmayaraq, Rusiya üçün əsas strateji problem Çinin
güclənməsidir. Amma Qərblə münaqişəyə girişən Putin, Pekinin
qapısında xahiş edən səviyyəsinə düşüb. Bunu Çin ilə qətiyyən bərabər
olmayan şərtlər daxilində bağlanmış enerji müqaviləsi də sübut edir.
Sözəbaxan və müti Rusiya kütləvi informasiya vasitələrinin başlıca
işi Putinin səhv mülahizələrinə və yanlışlıqlarına bəzək-düzək vurmaqla,
ona yaraşıq verməkdən və bütün “düşmən dünyaya” qarşı sinə gərən Rusiya
prezidentini qəhrəman səviyyəsində təqdim etməkdən ibarətdir. İctimai
rəyi öyrənənlərin keçirdikləri sorğu bu kampaniyanın hələlik yaxşı
nəticə verdiyini deyirlər.
Hadisələrin gedişinin qorxulu tərəfi ondan ibarətdir ki, Putin
öz daimi uğursuzluqlarını maskalamaqdan ötrü böhran və qorxu atmosferini
daha da körükləyəcək. Bu cür siyasət bütün dünya və ilk növbədə isə
Rusiyanın özü üçün təhlükəlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10130