İŞİD erməni kilsəsindən öz bayrağını asdı

26.07.2014 - 01:33

İŞİD
Suriyada yerləşən erməni katolik kilsəsinin xaçını endirərək öz bayrağını asıb. Axar.az xəbər verir ki, amerikalı jurnalist
6 gün ərzində İŞİD-in nəzarətində olan Rakka şəhərində gördüklərini yazıb. Müəllifə
görə, şəhərdə həyat artıq öz axarı ilə davam edir və burada İŞİD-in hökmləri
tətbiq edilir.

Artıq Rakkada yerləşən üç kilsə bağlanıb. Bunlardan biri də ermənilərə
məxsus katolik kilsəsi olub. İŞİD erməni katolik kilsəsinin xaçını endirərək öz
bayrağını sancıb və buradan öz təbliğat mərkəzi kimi istifadə edir. Yeni qərara görə,
yetkinlik yaşına çatmış xristian kişilər vergi ödəməlidirlər. Onlar
bunun müqabilində sərbəst ibadət edə biləcək və qəbiristanlıqlarına
toxunulmayacaq.

Bundan əlavə, şəhərdə bir çox qadağalar da tətbiq edilir. Rakkada siqaret və
qəlyan çəkmək yasaq edilib, çayxanalar bağlanıb. Qadınlara niqab geyinmək zəruri hesab edilib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10132

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31