Ermənilərdən Ərdoğana seçki dəstəyi
Türkiyədəki
erməni icmasının əsas hissəsi 10 avqust prezident seçkilərində baş
nazir Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Musavat.com-un məlumatına
görə, bunu Ermənistan KİV-ə açıqlamasında İstanbuldakı “Jamanak” erməni
qəzetinin redaktoru Ara Qoçunyan deyib.
ermənilərini sayı 50-60 mindir. İnzibati rayonlar üzrə ovqata fikir
versək, aydın olar ki, son 10 ildə Türkiyədə milli azlıqlar üçün ciddi
islahatlar həyata keçirilib. Bu islahatlardan erməni icması da ciddi
şəkildə faydalanıb. Bu mənada əksəriyyətin öz səsini prezident postuna
əsas namizəd olan Ərdoğana verəcəyini söyləmək çətin deyil”, – deyə
erməni redaktor vurğulayıb.
görə, son 10 ildə Türkiyədə demokratikləşməyə və təməl insan haqlarına
hörmətin möhkəmlənməsi yönündə işlər aparılıb və bu məsələdə baş nazir
Ərdoğanın siyasi iradəsi mühüm rol oynayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10137