Ziya Məmmədov dünyanı şoka saldı

26.07.2014 - 04:15

Asfalt yolun 1 km-i 10 milyon dollara başa gələcək

 
Asiya İnkişaf Bankı (AİB) Nəqliyyat Nazirliyinə Masallıdan Salyanın
Şorsulu kəndinə avtomobil yolu (63 km) çəkmək üçün vəsait ayırıb. AİB və
Azərbaycan hökumətinin rəyinə görə, layihənin ümumi qiyməti $ 625
mln-dur. Avqustda $ 250 mln ayrılması təsdiq ediləcək.

Ekspert Azər Mehdiyevin fikrincə, beynəlxalq maliyyə institutlarının
investisiya layihələrində iştirakı yaxşıdır. Onların mütəxəssisləri
beynəlxalq normativləri əsas götürür, korrupsiyaya imkan vermir və s.
Azərbaycanda da belədirmi? Beynəlxalq maliyyə institutlarının
maliyyələşdirdiyi Bakı-Hacıqabul yolu (120 km) dəfələrlə tənqidə məruz
qalıb. Yol 30 il istismar edilməli idi, amma hər il ən azı 2 yerində
təmir gedir.

Turan şərhçilərinin fikrincə, dünyanın heç bir ölkəsində hətta asfalt
beton yolun 1 km-i $ 10 mln-a başa gəlmir. İspaniyada 8 zolaqlı yolun 1
km-i $ 1,8 mln, ABŞ-da $ 2 mln, Finlandiyada $ 2,8 mln, Rusiyada $ 3,3
mln, Almaniya və Fransada $ 5 mln-dur.

Hər kilometrin qiyməti yolun eni və qalınlığı, ƏDV, layihə sənədləri
xərci, torpaq lınması, kommunikasiyaların köçürülməsi və s nəzərə
alınmaqla müəyyənləşir. Bundan başqa, Azərbaycanda kəskin iqlim yoxdur.

Amma istehsalın inhisarlaşdırılması, hökumətin və siyasi hakimiyyətin
Nəqliyyat Nazirliyinə lobbiçilik etməsi var. Demək korrupsiaya faktını
da inkar etmək olmaz. 

Asiya İnkişaf Bankının mənzil-qərargahı Filippində yerləşir. AİB-in 67
üzvü var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür, bankın kapitalında
0,5% paya malikdir

Short URL: http://www.cumhuriyyet.net/?p=10138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31