Ermənilər atəşkəsi pozmaqda davam edir

26.07.2014 - 10:35

Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, iyulun
25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və
Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd
göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı
nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar
edilərək təxribatın qarşısı alınıb.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10141

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31