Putin zəhərlənməkdən qorxur

26.07.2014 - 10:53
Prezidentlər üçün yeməklər necə hazırlanır?

Prezidentlər üçün yeməklər necə hazırlanır?

Rusiya prezidenti Vladimir Putinin ştatında professional dequstator
fəaliyyəti var. Bu barədə Ingiltərənin “The Independent” qəzeti məlumat
yayıb. Xəbər Londonda fəaliyyət göstərən “Club des Chefs des Chefs”dən –
dövlət başçıları və dünya liderləri üçün yeməklər hazırlayanlardan
ibarət klubdan daxil olub.

Məlumatda bildirilir ki, ABŞ prezidenti Barak Obama qətiyyən çuğundur
xoşlamır. Britaniya şahzadəsi Filipp isə nahar zamanı çaxırdansa pivəyə
üstünlük verir.

Putin üçünsə yeməyi baş aşbaz yox, onun mühafizə xidmətinin
əməkdaşlarından biri hazırlayıb, dadına baxır. Məqsəd isə yeməyin
zəhərli olmadığına nəzarət etməkdir.

Corc Buşun prezidentliyi dövründə Məxfi Xidmətin əməkdaşı olmuş Jozef
Petro deyir ki, ABŞ prezidentləri yalnız Ağ evin xidmətçilərinin
hazırladığı yeməkləri yeyir. Yeməkləri də prezident üçün ofisiant
formasında olan mühafizəçi gətirir: “Prezident xaricə səfərə gedəndə
mühafizə xidməti əvvəlcədən menyunu müəyyənləşdirir və yemək hazırlamaq
üçün lazım olan məhsullar Vaşinqtondan aparılır”.

Putinin də xarici səfərləri zamanı nəinki yemək, hətta duz-istiot və salfet də aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10143

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31